
Sevinc Cəfərova
E-poçt: [email protected]
Telefon:+994773380902
Hörmətli işəgötürən,
İnsan resursları, müştəri xidmətləri və bank sektoru sahələrində peşəkar inkişafımı davam etdirmək üçün sizin komandanızda çalışmağı böyük maraqla istəyirəm. İngilis dili tərcümə ixtisası üzrə təhsil almağım və informasiya texnologiyaları sahəsində bacarıqlarım mənə müştəri xidməti, satış və biznesin idarəedilməsi kimi sahələrdə effektiv fəaliyyət göstərmək imkanı yaradır.
Hazırda Azərbaycan Beynəlxalq Bankında təcrübə keçərək real iş mühüti ilə tanış olur, komanda işi və müştəri ilə ünsiyyət bacarıqlarımı inkişaf etdirirəm. Eyni zamanda, müxtəlif kompüter proqramlarında və süni intellekt alətlərində işləmə bacarığım iş proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması sahəsində dəstək olmağa imkan verir.
Güclü ünsiyyət bacarıqlarım, analitik düşüncə qabiliyyətim və məsuliyyətli yanaşmamla sizin komandanızda dəyərlo bir üzv olacağıma inanıram. İş görüşməsinə dəvət edəcəyiniz halda, sizinlə əməkdaşlığın mümkünlüklərini daha ətraflı müzakirə etməkdən məmnun olaram.
Hörmətlə,
Sevinc Cəfərova
Sertifikat