
Hobbim səyahət, rəssamlıq, yeni biliklər öyrənmək, idman.Keyfiyyətlərim düzgün işləmək və maksimum fayda yaratmaqdır. İş həyatında təsirli və sürətli olmaq üçün yüksək sadiqlik və həvəs nümayiş etdirirəm. Vəzifənin məsuliyyətlərini maraq və həvəslə qəbul edərək, daim peşəkar inkişafıma töhfə verməyə çalışıram
İşim şirkətə gələn məktubları cavablandirmaq, şirkət maşınlarına etibarnamə yazmaq və lazım olduqda servisə yönləndirmək, müəyyən hesabatları lazımi orqanlara göndərmək və s
Operator kimi başladım 1C proqramında satış qaimələrinə nəzarət, tam və düzgün olmasına nəzarət. Sonra kredit üzrə nəzarət şöbəsinə inzibatçı kimi başladım, burada kredit müqaviləsinin yoxlanışı və müştəri ilə əlaqə saxlayaraq çatışmayan məlumatı tamamlamaq,kompaniyalar barədə də məlumat vermək idi. Kredit üzrə baş inzibatçı olduqda nəzarətimdə işçilərə və gələn müqavilələrin tamlığına nəzarət idi. Əlavə olaraq arxiv şöbəsinə nəzarət də öhtəliyimə verildi.