
Salam hər vaxtınız xeyir. HSE sahəsində bir sıra təcrübəyə malikəm habelə bu sahə üzrə beynəlxalq sertifikatla yanaşı xarici universitetlərin təsis etdiyi kurslarıda müvəffəqqiyətlə bitirmişəm. SOCAR socar neftqazelmitədqiqatlayihə institutunda təcrübə keçmişəm. İSO 45001 və İSO 9001 standartının müəssisədə tətbiqində iştirak etmişəm. Habelə 4Sİ Akademiyasını uğurla bitirmişəm.
Univerisitet zamanı yüksək məsuliyyət və spesifik bacarıqlara sahib olma
Yüksək səviyyədə auditin aparılması. Beynəlxalq sertifikatla yanaşı 25 sertifikata sahib olmaq
Şəhid ailələrinə yardımların təşkil edilməsi və layihələrin aparılmasında köməkçi vəzifəsinin icrası
Ekoloji tarazlığın qorunmasında işlərin aparılması
Müxtəlif layihələrin təşilində köməkçi rol göstərmək
Charted Institute of Environmental Health (CIEH) - Occupational Health and Safety Level 2 sertifikatı, iş yerlərində sağlamlıq və təhlükəsizlik sahəsində əsas bilikləri və anlayışları təqdim edən beynəlxalq səviyyədə tanınan bir təlim proqramıdır. Bu sertifikat xüsusilə işçilər və aşağı səviyyəli rəhbərlik üçün nəzərdə tutulub və təhlükəsizlik qaydalarına əməl edilməsini təşviq etməyi məqsəd qoyur.
İş yerlərində ümumi təhlükəsizlik və sağlamlıq biliklərini əhatə edən beynəlxalq səviyyədə tanınan bir sertifikatdır. Bu proqram çərçivəsində yanğınla ilkin mübarizə və yanğın nəzarətçisi (Fire Warden/Marshal) anlayışlarına da əsas səviyyədə toxunulur.
Bu təlimin və sertifikatın əsas məqsədi iş mühitindəki potensial təhlükələri müəyyən etmək, bu təhlükələrin səbəb ola biləcəyi riskləri qiymətləndirmək və bu riskləri minimuma endirmək üçün effektiv tədbirləri tətbiq etməkdir.
Bu təlimin məqsədi müəssisələrdə iş proseslərinin təhlükəsiz və sağlam mühitdə təşkili üçün əsas anlayışları, normativ tələbləri, hüquqi çərçivələri və texniki təhlükəsizlik metodlarını öyrətməkdir. Sertifikat proqramı işəgötürənlər, texniki heyət, mühəndislər, rəhbərlər və təhlükəsizlik üzrə məsul şəxslər üçün nəzərdə tutulur.
G&I Training Academy - təlim mərkəzinin təşkil etdiyi bu proqram 3 ay müddətində peşəkar SƏTƏMM mütəxəssisi olmaq üçün bir çox töhfəni özündə cəmləşdirmişdir
İlkin Yardım Sertifikatının Məqsədi, qəza və ya qəfil sağlamlıq pozuntusu zamanı tibbi yardım gələnədək insan həyatını xilas etmək, vəziyyətin ağırlaşmasının qarşısını almaq və sağlamlığın qorunmasına yardım etmək üçün lazım olan praktiki bilik və bacarıqları öyrətməkdir.