
Mən Nəzrin, Xəzər Universitetində Maliyyə ixtisası üzrə təhsil alıram. Hazırda 3-cü kurs tələbəsiyəm. Maliyyə sahəsinə olan marağım təkcə akademik deyil – bu sahəni gələcək karyeramın mərkəzinə çevirmək istəyirəm. Rəqəmlərlə işləməyi, analiz etməyi və sistemli şəkildə düşünməyi sevirəm.
Əvvəllər bir neçə layihədə aktiv iştirak etmişəm. Gənclər və İdman Nazirliyinin keçirdiyi hərbi layihələrin idarə heyətində olmuşam və burada həm təşkilati bacarıqlar, həm də sosial media sahəsində təcrübə qazanmışam. Eyni zamanda BP-nin təcrübə proqramında iştirak etmişəm və korporativ mühitdə iş prinsiplərini öyrənmişəm.
İnsanlarla ünsiyyət qurmağı, komanda ilə işləməyi və verilən tapşırıqları vaxtında, düzgün yerinə yetirməyi ön planda tuturam. Daim öyrənməyə açığam və qarşıma çıxan imkanlardan maksimum faydalanmağa çalışıram. Hədəfim, öz sahəmdə güclü bir mütəxəssis kimi formalaşmaq və daim inkişaf etməkdir.