
Bakalavr təhsilim zamanı Verilənlər Bazası İdarəetmə Sistemləri, Kibertəhlükəsizlik, Proqramlaşdırma və Biznesin İnkişafı kimi ixtisasımla birbaşa bağlı olan dərslərdə iştirak etmişəm. Bu dərslər mənə mürəkkəb problemlərin həlli və texnologiyada innovasiyaların idarə olunması üçün vacib olan texniki və analitik bacarıqlar üzrə möhkəm baza qazandırıb.
Mən Biznesin Təşkili və İdarəedilməsi üzrə magistr dərəcəsi alıram. Proqram çərçivəsində Məlumat Analitikası, Biznes Statistikası, İdarəetmə, Layihə İdarəetməsi və digər kursları tamamlamışam. Bu təhsil mənə məlumatların təhlili, effektiv layihə idarəetməsi və strateji qərar qəbul etmə sahəsində dərin biliklər qazandırır.
Data Analitika üzrə 6 aylıq təlim bitirmişəm. Təlimdə Python, Excel, Statistika, SQL dərslərini almışam.