
WHATSAPP ÜZƏRİNDƏN ƏLAQƏ SAXLAYIN ZƏHMƏT OLMASA.
Azərbaycan Texniki Universitetində Logistika və nəqliyyat texnalogiyaları mühəndisliyi ixtisası üzrə təhsil almışam. Bu ixtisas birbaşa satış və təchizat zənciri ilə əlaqədardır. Bu sahədə kifayət qədər bilik və təcrübəyə malikəm. Bir neçə marketdə satış təmsilçisi vəzifəsində çalışmışam. Rəhbərliyin verdiyi tapşırıqları cəld və ən uyğun şəkildə yerinə yetirməyə çalışmışam. Market şəbəkəsində çalışdığım üçün merçendayzerinq üzrə yetəri qədər məlumata sahibəm.
İxtisasım satış, nəqliyyat və təchizat zənciri ilə bağlı olduğu üçün marketinq ilə bağlı ətraflı biliklərə sahibəm. Universitetdə də praktiki olaraq öyrənmişəm.
Soyuq qidalar üzrə satıcı vəzifəsində çalışırdım. 1 il ərzində kifayət qədər biliyə sahib oldum. FIFO, LIFO, FEFO və s. kimi bəzi marketinq standartlarını mənimsədim. 1 ay təcrübə kimi baş satıcı vəzifəsində çalışdım.
Bu marketdə də qastronom şöbəsində çalışdım. İlk iş təcrübəm idi və kifayət qədər biliyə sahib oldum. Market sistemi haqqında ilk təməl bilikləri burada öyrəndim. Rəhbərliyin verdiyi tapşırıqları mükəmməl şəkildə yerinə yetirməyə çalışırdım.
Hal-hazırda bu şəbəkədə çalışıram və mağazanın ümumi işinə dəstək oluram. Digər şəbəkələrdən öyrəndiyim bilik və təcrübələri burada da tətbiq etməyə çalışıram.