Nahidə Mənsurova

IT security

Mənim haqqımda

Mənim adım Nahidədir,20 yaşım var. Bakı Dövlət Universitetində 3-cü kurs tələbəsiyəm. GPA göstəricim 92.08-dir. İngilis dili səviyyəm B1-dir və 7 ay ərzində Linguadil Center-in İngilis dili təlimlərində iştirak etmişəm.
Kibertəhlükəsizlik sahəsinə böyük marağım var və bu istiqamətdə inkişaf etməkdəyəm. 7 aylıq offline kibertəhlükəsizlik kursunda iştirak etmişəm. Bu müddət ərzində CTF tapşırıqları həll etmiş, ilkin səviyyədə Python, JavaScript, HTML, CSS, Windows sistemləri, OWASP Top 10, mobil təhlükəsizlik mövzularını öyrənmişəm. Linux əməliyyat sistemini isə yaxşı səviyyədə bilirəm.
Mənə görə, ixtisasdan asılı olmayaraq, hər bir tələbə ən azı bir dəfə könüllü fəaliyyətə qatılmalıdır. Könüllülük insanın yumşaq bacarıqlarını (soft skills) inkişaf etdirməklə yanaşı, real iş mühiti ilə tanış olmaq, komandada işləmək və vaxtın düzgün idarə olunması kimi mühüm keyfiyyətlər qazandırır. Bu günə qədər aşağıdakı təşkilatlarda könüllü olmuşam:
ASAN Xidmət (İyun 2023)
Qeyd Sosial İctimai Birliyi (Noyabr 2023 – İyun 2024)
DOST Agentliyi (May – İyul 2024)
Kapital Bank (2025)
Bütün bu təcrübələr şəxsi və peşəkar inkişafımda mühüm rol oynayıb.
Azercell-in fəaliyyətini uzun müddətdir izləyirəm və komandanızın peşəkarlığından xəbərdaram. Sizin kollektivin bir parçası olmaq və təcrübəli mütəxəssislərdən öyrənmək mənim üçün böyük fürsət olar. Eyni zamanda, indiyədək əldə etdiyim bilik və bacarıqları tətbiq edərək komandanızın işinə töhfə vermək istəyirəm. Bu təcrübə proqramı mənim üçün sadəcə CV-də qeyd ediləcək bir sətr deyil – bu, mənim həm karyera, həm də şəxsi inkişafım üçün dəyərli bir addım olacaq.

İş təcrübəsi

  • 3 saylı Asan Xidmət Mərkəzi 06.2023 - 08.2023

    Könüllü

    İki aylıq könüllülük proqramı zamanı müxtəlif insanlarla əlaqə qurarkən dəyərli yeni bacarıqlar və anlayışlar əldə etdim. Vəzifələrimə vətəndaşların müraciətlərini qəbul etmək, yönləndirmək və onlara baxmaq daxildir. Bundan əlavə, yazılı şikayətlər, ərizələr və digər müxtəlif sorğular hazırladım.ASAN Xidmətin təşkil etdiyi təlimlərdə və tədbirlərdə də fəal iştirak etmişəm.

  • 1 saylı Dost agentliyi

    Könüllü

    İki aylıq könüllülük proqramı zamanı müxtəlif insanlarla əlaqə qurarkən dəyərli yeni bacarıqlar və anlayışlar əldə etdim. Vəzifələrimə vətəndaşların müraciətlərini qəbul etmək, yönləndirmək və onlara baxmaq daxildir. Bundan əlavə, yazılı şikayətlər, ərizələr və digər müxtəlif sorğular hazırladım. DOST Agentliyinin təşkil etdiyi təlimlərdə və tədbirlərdə də fəal iştirak etmişəm.

Telegram kanalımız