
Bakı
Şəbəkə (Network)Özüm hal - hazırda 4-cü kurs tələbəsiyəm. Magistraturaya qəbul olmuşam. B2 səviyyəsində ingilis dili biliyim var. Sistem Administratoru və Red Team Specialist sahələri (təhsil olduğum müəssisələr uyğun olaraq, Alqoritmika və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi) üzrə kurslara getmişəm. AzEduNet şirkətində İT təcrübəçisi olmuşam. Hal-hazırda CCNA imtahanına mövzularını oxuyaraq şəbəkə üzrə biliklərimi artırmağa çalışıram. Gələcək aylarda da sözügedən sertifikatı alacağam. Boş dayanmağı sevən insan deyiləm. Hər gün nə iləsə məşğul olmağa, ən azından isə nəsə öyrənməyə çalışıram. Maaş barəsində elə də yüksək gözləntilərim mövcud deyil. Mənə sadəcə nəzəri biliklərimə praktiki biliklər də əlavə edə bilməyə kömək edəcək iş lazımdır.
Magistr ixtisas seçimləri açıqlanmadığından magistratura təhsilimi əlavə edə bilmirəm. İmtahan balım 77-dir.
DİM tərəfindən keçirilən imtahanların texniki hissəsinə nəzarət etmişəm. İmtahan zamanı istifadə edilən kompüterləri server tərəfindən idarə etmişəm. İmtahan zalında iştirakçılara texniki yardım göstərmişəm.
Bu kursda Windows, Linux, Networking haqda biliklər əldə etmişəm. Linux maşınını Domain Controller kimi istifadə edərək AD mühiti yaratmışam.
İsrailin Technion universiteti ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə 2024-cü il 15 iyuldan 31 dekabra qədər 6 ay müddətinə müsaqibə ilə qəbul olub bitirmişəm. Bu kursda Windows, Linux, Networking, Python, Kibertəhlükəsizliyin konsepsiyaları, Windows və Linux-da penetresiya testləri kimi dərslər almışam. Proqram ingilis dilində olub. Kifayət qədər praktiki tasklar həll etmişəm. Sadəcə maraq dairəm əsasən infrastruktur olduğuna görə və Azərbaycanda Red Team üzrə kifayət qədər vakansiya olmadığından şəbəyə yönəldim.