
2022-ci ildə orta məktəbi Fərqlənmə attestatı ilə bitirib UNEC-ə qəbul olmuşam. Boş vaxtlarımda şahmat oynamaqla maraqlanıram. Şahmat mənim üçün sadəcə bir oyun deyil, həm də analitik düşüncə qabiliyyətimi inkişaf etdirən, səbrimi artıran və strateji qərarvermə bacarığımı gücləndirən bir məşğuliyyətdir. Bu hobbi mənə iş prosesində diqqətli olmağı, alternativ həll yollarını əvvəlcədən düşünməyi və nəticə yönümlü qərarlar verməyi öyrədib.
Bununla yanaşı, özünü inkişaf etdirməyə böyük önəm verirəm. Davamlı olaraq yeni biliklər öyrənməyə və bacarıqlarımı artırmağa çalışıram. Kitab oxumaq, seminar və təlimlərdə iştirak etmək, müxtəlif sahələrdə öz üzərimdə işləmək mənim üçün vacibdir. Bu yanaşma mənə dəyişən şəraitə tez uyğunlaşmağı və daim irəliyə baxmağı öyrədib.
Şəxsi keyfiyyətlərimə gəlincə, məsuliyyətli, öyrənməyə həvəsli və nizamlı bir insanam. Qarşıma qoyulan tapşırıqları vaxtında və düzgün yerinə yetirməyə çalışıram. Komandada işləməyi bacarıram, lakin eyni zamanda müstəqil işləməkdə də effektivəm.
2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinə qəbul olmuşam. 2023-cü ildə isə SABAH qruplarına imtahan verib qəbul olmuşam, təhsilimi tədris dili ingiliscə olaraq davam etdirirəm