Data Analitika sahəsində karyera qurmağı qarşıma məqsəd qoymuş bir namizəd olaraq, elan etdiyiniz təcrübə proqramına böyük maraqla müraciət edirəm.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnformatika müəllimliyi ixtisası üzrə məzunam. Təhsil müddətində analitik düşünmə, problem həll etmə və informasiya texnologiyaları sahəsində möhkəm baza formalaşdırmışam. Hazırda Python, SQL, Excel və Power BI istiqamətində biliklərimi inkişaf etdirir, müxtəlif təlim və bootcamplarda iştirak edərək praktiki bacarıqlarımı artırıram.
Kapital Bank-da iştirak etdiyim təcrübə proqramı müddətində məlumatlarla işləmək, müştəri müraciətlərini idarə etmək, komanda ilə əməkdaşlıq etmək və məsuliyyətli şəkildə tapşırıqları yerinə yetirmək təcrübəsi qazanmışam. Bu təcrübə mənə dəqiqliyin, operativliyin və effektiv ünsiyyətin iş prosesində nə qədər vacib olduğunu öyrədib.
Bu təcrübə proqramına qoşulmaqda əsas məqsədim real layihələr üzərində işləyərək praktiki biliklərimi möhkəmləndirmək, təcrübəli mütəxəssislərdən öyrənmək və Data Analitika sahəsində peşəkar inkişafımı sürətləndirməkdir. Uzunmüddətli hədəfim məlumatlardan dəyər yaradan, biznes qərarlarının qəbuluna töhfə verən Data Analitik kimi fəaliyyət göstərməkdir.
İnanıram ki, öyrənməyə olan həvəsim, məsuliyyətli yanaşmam və inkişaf istəyim komandanıza dəyər qatacaq. Müraciətimi nəzərdən keçirdiyiniz üçün təşəkkür edir, müsahibədə özümü daha ətraflı təqdim etmək imkanı əldə edəcəyimə ümid edirəm.
Hörmətlə,
Aysel Əsədova
Kapitalımız Könüllülük Proqramını uğurla tamamlayaraq müştəri xidməti, komanda ilə əməkdaşlıq və bank əməliyyatları sahəsində praktiki təcrübə qazandım.
AR Elm və Təhsil Nazirliyi və Algoritmcsim birgə layihəsi çərvəsində fərqlənmə sertifikatına laiq görüldüm. Python proqramlaşdırması üzrə təlimi uğurla başa vuraraq proqramlaşdırmanın əsasları və praktiki tətbiqləri üzrə biliklər əldə etdim.
Buarada Süni intelektle işləmə üsulunu öyrəndik