Hüquq və təşkilati idarəetmə sahəsində akademik və praktik təcrübəyə sahibəm. Bakıda Tarix təhsili almışam və İstanbul Universitetində Beynəlxalq Xüsusi Hüquq üzrə magistr təhsili alıram. Bu təhsil mənə analitik düşünmə, hüquqi sənədlərlə işləmə və strateji qərarların dəstəklənməsi bacarığı qazandırmışdır.
İnsan resursları, hüquq və analitika sahələrində təcrübəm var; işçi seçimi, işçi bağlılığı, təşkilati inkişaf və əməliyyatların koordinasiyası sahəsində effektiv çalışmışam. Microsoft Word, Excel, PowerPoint proqramlarında yüksək səviyyədə bacarıqlara malikəm.