Xırdalan
Məzmun (Kontent) YaradıcısıMən özünüöyrədən, prinsipial bir şəxs kimi sosial media sahəsində məzmun yaradıcılığı üzrə davamlı inkişaf edən bir gəncəm. Daha çox, Instagram, TikTok və YouTube kimi platformalarda auditoriya ilə emosional bağ qurmaqla, orijinal və vizual cəlbedici məzmunlar yaratmağa çalışıram. Hədəfim, brendin mesajını insanların gündəlik həyatına təbii şəkildə inteqrasiya edəcək diqqətçəkici və müasir formatlarla təqdim etməkdir.
Məzmun redaktəsi üçün video (CapCut), dizayn (Canva) və ideya istehsalı (ChatGPT, Gemini) alətləri ilə icra edirəm. Özünəməxsus və ya müəyyən qədər trendləri izləyərək, çoxdilli məzmun yaratmaq və storitellinq vasitəsilə izləyici əlaqəsini gücləndirmək sahəsində fərqlənirəm. Fərdi çalışmaqdan əlavə, komanda şəraitində də əməkdaşlıq yönümlü peşəkar münasibətlər qurmağa böyük önəm verirəm.
Məqsədim, yaradıcı və dəstəkverici mühitdə işləyərək həm şəxsi, həm də peşəkar inkişafımı davam etdirmək və qurduğum brendin sosial mediada uyğun kütləyə doğru yönəlməsini təmin etməkdir. Ümid edirəm ki, bilik və bacarıqlarım sizin vakansiya üçün tərtib etdiyiniz bu vəzifəyə uyğun gələcək və gələcək iş imkanlarının dəyərləndirilməsi istiqamətində bir dəyər qatacaq.
- YouTube, Instagram və TikTok platformalarında ASMR, motivasiya və özünəqulluq məzmunları hazırlamışam; ödənişli reklam olmadan TikTok brendlərimdə müvafiq məzmunlar üzrə 4000-dən çox baxış və 300-dən çox bəyənmə əldə etmişəm. - Mətnlərin (caption) yazılması, trend musiqilərin tətbiqi və ardıcıl paylaşım cədvəlinin idarə edilməsi sayəsində 30-dan çox yaddaşa vermə (save) və çoxsaylı paylaşım əldə edərək izləyici sadiqliyini artırmışam. - CapCut vasitəsilə videoların montajı və Canva ilə vizua