Mən, Arzu Qurbanzadə, 21 yaşındayam və Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyaziyyat ixtisası üzrə məzunuyam(2022-2026)
Öz üzərində daim çalışan, məsuliyyətli və öyrənməyə açıq bir insanam. Riyaziyyatı daha çox sevirəm, çünki bu elm bir çox sahə ilə əlaqəlidir. Xüsusilə proqramlaşdırma, İT, mühəndislik, iqtisadiyyat və texnologiya sahələrində riyaziyyatın böyük rolu var. Məntiqi düşünməyi inkişaf etdirdiyi üçün bu sahəyə marağım daha da artır. Universitet illəri ərzində analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarıqlarımı inkişaf etdirmişəm. Hazırda şagirdlərə riyaziyyat fənnini tədris edirəm. Müəllimlik fəaliyyəti mənə insanlarla düzgün ünsiyyət qurmağı, məsuliyyətli olmağı və məlumatı aydın şəkildə izah etməyi öyrədib. Bununla yanaşı, informatika və məntiq üzrə əsas bilikləri əhatə edən kurslarda iştirak etmişəm və bu sahələrə xüsusi marağım var. Yeni bilik və bacarıqlar qazanmağa motivasiyalıyam və çalışdığım mühitə fayda verməyə hazıram. İnanıram ki, məsuliyyətli yanaşmam və öyrənməyə olan həvəsim komandaya dəyər qatacaq.
Diqqətiniz üçün təşəkkür edirəm.
Hörmətlə,
Arzu Qurbanzadə