Riyaziyyat-informatika müəllimliyi məzunuyam, 2025-ci ildə isə İqtisad Universitetində informasiya mühafizəsi və təhlüksizliyi üzrə magistr təhsilimi tamamlamışam. Son 3 ildir ki, həm məktəbdə, həm də kursda informatika müəllimi kimi çalışıram. Müəllimlik fəaliyyətim mənə insanlarla rahat ünsiyyət qurmaq, fərqli mühitlərə adaptasiya olmaq və məsuliyyətli işləmək bacarığı qazandırıb. Ofis proqramlarından sərbəst istifadə edə bilirəm. Texnologiyaya olan marağıma görə magistr dövründə bir müddət kibertəhlükəsizlik təlimi keçsəm də, dissertasiya işimin gərginliyi səbəbindən bunu davam etdirə bilmədim. Daha sonra uşaqlıqdan gələn rəssamlıq həvəsimi və estetik baxışımı texnoloji biliklərimlə birləşdirmək istədim və STEP IT Akademiyasında 7 aylıq Ux/Ui dizaynı təlimi aldım. Bu sahədə hələ ki iş təcrübəm olmasa da, dizayn bacarıqlarımı və detallara olan diqqətimi xeyli inkişaf etdirmişəm. Şəxsi həyatımda elmi, sənəti araşdırmağı və yeni yerlər kəşf etməyi sevirəm; Barış Özcan, Evrim Ağacı kimi platformaları izləmək, kitab oxumaq və velosiped sürmək əsas hobbilərimdir. İşində dəqiq, məsuliyyətli və hər zaman öyrənməyə açıq biri kimi, sahib olduğum həm analitik, həm də insani bacarıqları komandanızda effektiv şəkildə tətbiq etmək istəyirəm.