Xamis Abdullayev

Logistika

Mənim haqqımda

Anbar və logistika sahəsi üzrə 8 il təcrübəyə malikəm. Bu müddətdə həm inşaat, həm ehtiyyat hissələri, həm xammal, həm hazır məhsul, həmçinin qablaşdırma və yem əlavələri kimi fərqli anbarlarda işləmişəm. Ümumən 4 il anbar mütəxəssisi , 4 ildən çoxdur ki Baş mütəxəssis olaraq logistika və anbar üzrə Azərsun holdingdə rəhbər işləyirəm. Ümumən idarə etdiyim komanda da 7 fərqli peşə üzrə 40a nəfər işçi işləyir ki, onların idarə edilməsi, iş bölgüsünün həyata keçirilməsi, iş güvənliyi mövzusunda təlimlərin verilməsi kimi fəaliyyəti həyata keçirirəm. Əlavə olaraq anbarlarda FIFO qaydasına uyğun xammal və hazır məhsul hərəkətinin təmin edilməsi, STOCK Out malların təsbit edilməsi, KPİ sisteminə uyğun olaraq anbarda material qalığının idarə edilməsi, hazır məhsul yükləmə prosesin təmin edilməsi üçün nəqliyyat vasitələrin zamanında təmin edilməsi, aylıq, Rüblük, yarımil və illik hesabatların hazırlanması kimi işləri yerinə yetirirəm. Səbrli, öyrənməyə açıq, inkişaf yönümlü, konfliktlərin düzgün idarə edilməsi, komanda işi, yeni mühitə tez adaptasiya kimi özəlliklərə malikəm. 

Dil bilikləriniz

İngilis — A2 — Elementar
Rus — A1 — Başlanğıc
Türk — C2 — Səlis

Təhsil

İş təcrübəsi

  • Polatyol yapı A.Ş 01.2019 - 09.2021

    Anbar mütəxəssisi

    Anbar stokunun izlənilməsi, ehtiyac olan mal material siyahısının formalaşdırılması və sifarişin hazırlanması, anbardan çıxan malların silinməsi, yanacaq hesabatının təqib edilməsi, anbara gələn malların giriş işlərinin görülməsi.

  • Kalyon RSY 09.2021 - 02.2023

    Anbar mütəxəssisi

    Anbara gələn malların qəbul edilməsi, barkodlanması və rəfə yerləşdirilməsi, E-QAİMƏ üzrə təchizatçılardan gələn qaimələrin qəbul edilməsi, sahədə olan tərəzilərdən gələn raporların toplanması, taşeron işləyən firmalara verilən malların hesabatının hazırlanaraq texniki ofisə verilməsi

  • gp stok feed mmc 03.2023 - 07.2023

    Xammal Anbardarı

    Xammal və yem əlavəsi stoklarının izlənməsi, MRP hazırlanması və ehtiyac miqdarına uyğun sifarişlərin hazırlanması, xammal stoklanmasının düzgün aparılması, gələn xammal və yem əlavələrinin stoka giriş edilməsi və stokdan verilməsinin təmin edilməsi

  • Azərsun Holdinq-Qida-Agro MMC 07.2023 - hələdə işləyirəm

    Baş mütəxəssis

    Anbar üzrə 40 nəfər işçi heyyətinin idarə edilməsi, onların iş bölgüsünün aparılması, 8 peşə üzrə vəzifə təlimatlarının hazırlanması. Anbarlarda HACCP, İSO standartlarına uyğun sənədləşmə işlərinin aparılması, raporlama, KPİ sisteminin tətbiqi, işçilərin performans dəyərləndirmə sistemi üzrə dəyərləndirilməsi, xammal qəbulu prosesi, hazır məhsul satışlarının təqib edilməsi, xammal satışları, texniki materiallar deposunda STOCK out malların izlənilməsi, anbar sayımlarının təşkil edilməsi və s.

Nailiyyətiniz və mükafatlarınız

  • HACCP tətbiq edilməsi ilə bağlı AQTİ - nin təlimi 2026

    Müəssisədə HACCP sistemin düzgün formada tətbiq edilməsi, lazım olan sənədlərin hazırlanması üçün AQTİ tərəfindən təşkil edilən təlimi uğurla başa vuraraq sertifikat əldə etmişəm.

  • Əməyin mühafizəsi üzrə Fövqaladə hallar institutun təşkil etdiyi təlim 2025

    Fövqəladə hallar nazirliyinin tədris etdiyi Əməyin mühafizəsi üzrə təlimdə iştirak etmişəm. Müəssisədə təhlükəsiz iş mühitinin formalaşdırılması, təhlükə potensiallı qurğuların iş prinsipi, hündürlükdə işlər və s. Önəmli təlim mövzusunda tədris alaraq, imtahanı uğurla tamamlamış və sertifikat almışam.

  • Kaizen sertifikatı 2024

    Müəssisə üzrə KAİZEN fəaliyyətinin səmərəli təşkil edilməsinə görə təşəkkürnamələrim vardır. Ümumən Azərsun holdingdə fəaliyyət müddətində təxminən 500 min manat qənaət dəyərində Kaizen təkliflərim olmuşdur.

  • Ağdaş rayonu İcra hakimiyyəti könüllü 2022

    2022ci ildə AĞDAŞ RAYONU İCRA HAKİMİYYƏTİ orqanında ərazi inzibati şöbəsində könüllü olaraq fəaliyyət göstərmişəm. Dövlət orqanlarında iş prinsipləri haqqında ətraflı məlumata yiyələnmiş və könüllü fəaliyyətimi uğurla başa vurduğum üçün təşəkkürnamə əldə etmişəm.

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN