Mən Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası üzrə təhsil alıram və 2027-ci ildə məzun olmağı hədəfləyirəm. Mühəndislik sahəsi ilə yanaşı, data analitikası, SQL, biznes intellekti (BI) və süni intellekt texnologiyalarına böyük marağım var. Bu istiqamətdə özümü inkişaf etdirərək ABB Tech Academy-nin Data Analitikası və Generativ AI proqramını fərqlənmə ilə bitirmişəm, həmçinin müxtəlif analitik layihələr və təcrübə proqramlarında uğurla iştirak etmişəm. Texnoloji fəaliyyətlərimdən kənarda isə aktiv olaraq fitness və bodibildinqlə məşğul oluram, həmçinin astrologiya və aviasiya sahələri ilə maraqlanıram.
Mən Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası üzrə təhsil alıram və 2027-ci ildə məzun olmağı hədəfləyirəm. Universitet illərim ərzində qazandığım ən böyük uğurlardan biri mühəndislik elminin fundamental prinsiplərinə dərindən yiyələnmək və burada aldığım yüksək səviyyəli təhsili praktiki layihələrlə birləşdirmək olub. BANM-in mənə qazandırdığı güclü akademik baza sayəsində rəqəmsal texnologiyalar və data sahəsində sürətlə irəliləyərək ABB Tech Academy
Peşəkar təcrübəm çərçivəsində SOCAR Karbamid Zavodunda istehsalat proseslərinin avtomatlaşdırılması, müasir idarəetmə sistemlərinin (DCS/PLC) iş prinsipləri və zavodun texnoloji strukturu ilə yaxından tanış olmuşam. Burada ammonyak və karbamid istehsalı zəncirindəki xammal axınlarını, sensorlardan gələn məlumatların monitorinqini və avtomatlaşdırılmış idarəetmə mexanizmlərini dərindən analiz etmişəm. Müəssisədəki real sənaye datası və texnoloji proseslər üzərində işləmək, mühəndislik biliklərimi