Mən, İntizar Mehtiyeva, kimya üzrə bakalavr təhsili almış və hazırda ADNSU-da magistratura təhsilimi davam etdirən gənc mütəxəssisəm. Təhsil müddətində və sonrakı dövrdə müxtəlif laboratoriyalarda işləyərək analitik cihazlarla və laboratoriya prosedurları ilə bağlı təcrübə qazanmışam. Geologiya və Geofizika İnstitutunda ICP cihazı ilə, BDU-da isə misin spektrofotometrik təyini üzrə işləmişəm.
Hazırda STP Polimer MMC-də Keyfiyyətə Nəzarət şöbəsində təcrübə keçir, məhsulların və materialların yoxlanılması, sənədləşdirilməsi və keyfiyyət standartlarına uyğunluğunun qiymətləndirilməsi proseslərində iştirak edirəm. Məsuliyyətli, diqqətli və öyrənməyə açıq bir insan olaraq bilik və bacarıqlarımı inkişaf etdirməyə, işlədiyim sahəyə fayda verməyə çalışıram.
İş fəaliyyətim dövründə laboratoriya və keyfiyyətə nəzarət sahələrində praktiki bilik və bacarıqlar əldə etmişəm. Geologiya və Geofizika İnstitutunda ICP cihazı ilə işləyərək analitik analiz proseslərində iştirak etmiş, BDU-da misin spektrofotometrik təyini üzrə tədqiqat işləri aparmışam. Hazırda STP Polimer MMC-də Keyfiyyətə Nəzarət şöbəsində təcrübə keçərək giriş nəzarəti, sənədlərin hazırlanması, akt və protokolların tərtibi, eləcə də istehsalat sahəsində vizual yoxlamaların aparılması işləri