İnsan Resursları üzrə köməkçi vəzifəsində 3 illik təcrübəyə malik olaraq işə qəbul prosesləri, yeni əməkdaşların adaptasiyası, sosial təminatlar, işçi münasibətlərinin idarə olunması və HR inzibati proseslərinin həyata keçirilməsi sahələrində fəaliyyət göstərmişəm. Şirkət siyasətlərinə uyğunluğun təmin edilməsi, sənədlərin düzgün idarə olunması və HR rəhbərliyinə inzibati dəstəyin göstərilməsi üzrə təcrübəyə sahibəm.
Sertifikatlaşdırma üzrə mütəxəssis kimi 3 illik iş təcrübəm ərzində sertifikatlaşdırma prosesləri, təhvil-təslim dosyelərinin (Handover Dossier) hazırlanması, RFI qeydiyyat sistemlərinin idarə olunması və sifarişçi ilə əlaqələrin qurulması sahəsində geniş bilik və bacarıqlar əldə etmişəm. RFI qeydiyyat sistemlərinin yaradılması və idarə olunması, yüksək keyfiyyət standartlarının qorunması və detallara xüsusi diqqət göstərilməsi mənim əsas üstünlüklərimdəndir.
Neft-qaz və tikinti layihələrində geniş təcrübəyə malik, məsuliyyətli və detallara diqqət yetirən Baş Sənəd Nəzarətçisiyəm. Layihənin bütün mərhələləri üzrə sənədlərin düzgün idarə olunması, müxtəlif şöbələr arasında koordinasiyanın təmin edilməsi və sənəd dövriyyəsinin effektiv təşkil edilməsi sahəsində peşəkar təcrübəyə malikəm.