İnsan Resursları sahəsində inkişaf etməyə motivasiyalı, öyrənməyə açıq və məsuliyyətli namizədəm. Hazırda HR mütəxəssisi üzrə nəzəri və praktiki təlim çərçivəsində əmək qanunvericiliyi, işə qəbul, sənədləşmə, onboarding və əməkdaşlarla ünsiyyət kimi əsas HR proseslərini öyrənir və praktiki bacarıqlarımı inkişaf etdirirəm. Güclü ünsiyyət, təşkilatçılıq və dəqiqlik kimi bacarıqlarım sayəsində verilən tapşırıqları səmərəli və nəticəyönümlü şəkildə yerinə yetirməyə fokuslanıram. HR sahəsində peşəkar karyera qurmaq üçün davamlı inkişaf edir və real iş mühitinə hazırlaşıram.
İNNAB Business School-da İnsan Resurslarının İdarə Edilməsi (HR) üzrə təlimi uğurla tamamlamışam. Təlim müddətində HR prosesləri, işə qəbul və seçim, əməkdaşların adaptasiyası, performansın idarə edilməsi, motivasiya, əmək qanunvericiliyinin əsasları və müasir insan resursları strategiyaları üzrə bilik və praktiki bacarıqlar əldə etmişəm. Öyrəndiyim bilikləri peşəkar fəaliyyətimdə tətbiq etməyə və təşkilatların insan resurslarının effektiv idarə olunmasına töhfə verməyə hazıram.