Məsuliyyətli, nizam-intizamlı və nəticəyönümlü tikinti mütəxəssisiyəm. İşlərin plan üzrə, keyfiyyət standartlarına və təhlükəsizlik qaydalarına uyğun icrasına xüsusi diqqət yetirirəm. Komanda ilə səmərəli işləməyi, işçi heyətini düzgün təşkil etməyi və yaranan problemlərə operativ həll tapmağı bacarıram. Qarşıma qoyulan tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə çalışıram.
Tikinti işlərinin layihəyə və texniki normalara uyğun icrasına nəzarət etmişəm. Gündəlik iş prosesini izləyərək keyfiyyət standartlarının təmin olunmasına, görülən işlərin qəbuluna və texniki sənədlərin yoxlanılmasına cavabdeh olmuşam. Podratçı briqadaların fəaliyyətini koordinasiya etmiş, işlərin vaxtında və təhlükəsizlik qaydalarına uyğun yerinə yetirilməsinə nəzarət etmişəm.
Çoxmənzilli yaşayış binalarının tikintisi zamanı bütün mərhələlərə texniki nəzarət etmişəm. Beton, armatur, hörgü və tamamlama işlərinin keyfiyyətini yoxlamış, layihəyə uyğunluğunu təmin etmişəm. İşçi heyətinin fəaliyyətini koordinasiya etmiş və tikinti prosesinin təhlükəsizlik qaydalarına uyğun aparılmasına nəzarət etmişəm.
Yaşayış kompleksinin tikintisi zamanı tikinti prosesinin gündəlik idarə olunması və texniki nəzarətini həyata keçirmişəm. Materialların keyfiyyətinə, görülən işlərin layihəyə uyğunluğuna və tikinti qrafikinə riayət olunmasına nəzarət etmişəm. Podratçılar və mühəndis heyəti ilə koordinasiyalı iş aparmışam.
Tikinti işlərinin layihəyə və texniki normalara uyğun icrasına nəzarət etmişəm. Görülən işlərin keyfiyyətini yoxlamış, işçi heyətinin fəaliyyətini koordinasiya etmiş və tikinti prosesinin təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmişəm. Həmçinin görülmüş işlər üzrə Forma 1 və Forma 2 sənədlərinin hazırlanması, yoxlanılması və təsdiq üçün təqdim olunmasında iştirak etmişəm.
Neft və qaz kəmərlərinin çəkilişi layihələrində nəzarətçi mühəndis kimi fəaliyyət göstərmişəm. Boru xətlərinin layihəyə, texniki şərtlərə və beynəlxalq standartlara uyğun quraşdırılmasına nəzarət etmişəm. Qaynaq, montaj, xəndək qazıntısı, hidrostatik sınaqlar və digər tikinti proseslərinin keyfiyyətinə nəzarət etmişəm. Podratçıların işini koordinasiya etmiş, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsini təmin etmişəm. Həmçinin görülmüş işlər üzrə Forma 1 və Forma 2