
Həm şirkətin, həm də özümün müvəffəqiyyətə
doğru irəliləməyimiz üçün lazım olan bacarıq və məlumatları davamlı olaraq öyrənə
və inkişaf etdirə bilməklə, sabit və inkişaf edən bir şirkətə öz missiyasına və
hədəflərinə çatmaqda kömək edib, inkişafına töhfə verməyimə imkan verən bir fərdəm.
İşinə dəqiq, çevik, komanda ilə işləməyə həvəsli biriyəm. Yeni biliklər öyrənməyə açıq,
şəxsi inkişafa maraqlı, nizam-intizamlı, məsuliyyətli və cəld biri kimi
məni qiymətləndirə bilərsiniz. Dəqiq və dürüst işləyərək, mənə verilən
tapşırıqların yüksək səviyyədə öhdəsindən gələcəyimə, işləyəcəyim vəzifə üçün
bütün bacarıq və təcrübələrimdən səmərəli şəkildə istifadə edəcəyimə əminəm.
Mühasib köməkçisi • E-gov, e-texas.gov.az, internet bankingdə işləmək; • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması; • Kassa və bank əməliyyatının həyata keçirilməsi; • Bank və digər əməliyyatları 1C mühasibatlıq proqramına daxil edilməsi; • Mühasibat, vkergi uçotu və DSMF ilə bağlı əməliyyatlar; • Şirkət rəhbəri və baş Mühasib tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək.
Baş Xəzinədar • Nağd pul və digər qiymətlilərin qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi, saxlanması və mühafizəsi üzrə əməliyyatların yerinə yetirilməsi; • Mədaxil-məxaric sənədləri əsasında kassa kitabında (Elektron Excell cədvəldə) uçotun aparılması; • Nağd pul və digər qiymətlilərin faktiki məbləği ilə kassa kitabındakı (Elektron Excell cədvəldəki) qalıq məbləğin düzgünlüyünün yoxlanılması; • Kassa kitabındakı (Elektron Excell cədvəldək