
Mən Nəsibov Hüseyn Habil oğlu 22 iyul 2003-cü ildə Qazax rayonunda anadan olmuşam. 2009-2020-ci illər ərzində 99 saylı orta məktəbdə təhsil almışam. 2018-ci ildən Riyaziyyat- iqtisadiyyat təmayüllü sinifdə təhsil almışam. 2020-ci ildə yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam. 2021-ci ildə yüksək balla SABAH qruplarına daxil olmuşam. Özümü inkişafa meyilliyəm belə ki, universitetlə bərabər bir sıra kurslarda və seminarlarda iştirak etmişəm ki, bunların arasında PASHA Holdingin təşkil etdiyi seminarlar da olub. Eyni zamanda ACCA üzrə özümü inkişaf etdirirəm. Belə ki, Financial Accounting (73%), həmçinin, Financial Reporting ( imtahan nəticəsi hələ çıxmayıb) üzrə təlimlər almışam. Liderlik ruhum var, eyni zamanda komanda ilə işləmək bacarığım çox yüksəkdir. Bir çox İnkişaf Birliyi və Könüllü təşkilatlarda ( həm idarəçi, həm də iştirakçı kimi ) iştirak etmişəm. O cümlədən, işimə məsuliyyətliyəm belə ki, universitet nəticələrim kifayət qədər yüksəkdir.