Hər hansı satış kanalından yönləndirilən potensial müştəri ilə əlaqə saxlayır, müəssisənin fəaliyyəti, məhsul və xidmətəri barədə ona lazımı məlumatları verir, onun məlumatlarını, tələb və istəklərini proqram əminatına qeyd edir və onun satış nöqtəsinə dəvət edir, zəruri halda bunu təşkil edir, müştəri ziyarət tarixini proqram təminatına daxil edir
Satış nöqtəsinə yönləndirilmiş müştərilərin vaxtında qarşılanmasına və qaydalara uyğun yüksək keyfiyyətdə xidmət göstərilməsinə nəzarət edir
Satış nöqtəsinə yönləndirilmiş müştəri ilə yekun sövdələşmə, razılaşma, danışıq barədə qeydlərin aidiyyatı əməkdaş tərəfindən proqram təminatında qeyd edilməsini təşkil edir və prosesə nəzarət edir
Satış nöqtəsinə birbaşa, habelə, fəaliyyət göstərdiyi satış nöqtəsi ilə bağlı müştəridən yazılı şikayət daxil olduqda, daxil olan müştəri şikayət və təkliflərini dinləyir, müştəriyə qısa zamanda geri dönülməsini, problemin həll edilməsini təşkil edir və şikayətlərin aidiyyatı şəxs tərəfindən proqram təminatında uçotunun aparılmasını təşkil edir.
Müəssisədən xidmət alan və ya alış-veriş edən müştərilərlə beş gün ərzində, həmçinin daxili qaydalara uyğun müəyyən olunmuş dövrlərdə əlaqə axlayır, onlarla məmnuniyyət sorğusu aparır və proqram təminatına müvafiq qiymətləndirməni və qeydləri daxil edir. Müştəri narazılığı olduqda, həll olunması istiqamətində işləri təşkil edir və prosesə nəzarət edir.
Birbaşa rəhbərinə qaydalara uyğun dövrü və tapşırılan hesabatları təqdim edir
Əmək haqqı: 600 azn
İş yeri: Bakı şəhəri
İşin əhatə dairəsi:Ölkə üzrə
İş qrafiki: Həftədə bir dəfə istirahət
Rabitə: Korporativ nömrə ilə təmin edilmə
Xüsusi tələblər
Ünsiyyət və aydın danışıq bacarığı
Öyrənmə və təqdimat bacarığı
İnsanlarla işləməyə meyilli olmalı
Planlama və hədəflərlə işləmə bacarığı
Öyrətmə və problemləri həll etmə bacarığı
Müştərilərlə və şikayətləri ilə iş bacarığı
Satışyönümlü işlərdə minimum 3 il iş təcrübəsi
Azərbaycan dili səlis bilməli, rus dili bilmək üstünlükdür