Data analitika üzrə mütəxəssis

Bakı

Universal
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fəqrli istiqamətlərdə analitika üçün müxtəlif data mənbələrinin təyin edilməsi;
  • Fərqli mənbələrdən datanın çıxarılması və təmizlənməsi;
  • Çıxarılan data üzərində vizualizasiya işlərinin görülməsi və effektiv hesabatların tərtib olunması;
  • Şirkətin ERP sisteminin Hesabat modulunun tərtibatı və bu məqsədlə əlaqəli databaza sistemlərdində datanın manipulyasiyası;
  • Təşkilat çərçivəsində datanın düzgün və effektiv saxlanması və hesabatlılığın optimal və dəqiq təminatı üçün qərarların verilməsi və qərarvermə prosesində iştirak;
  • Şirkətin ERP sisteminin tətbiqi və təkmilləşdirilməsi üçün datanın fərqli hərəkət kanallarının təyin edilməsi və gərəkli olduğu halda biznes proseslərin sistemlə qarşılaşdırılması;
  • Datanın analizi əsasında şirkətə faydalı məlumatların ötürülməsi və qərarvermə prosesinə dəstək;
  • Təşkilat çərçivəsində hesabatlılığın avtomatlaşdırılması;
  • Daimi data keyfiyyətinin yoxlanması və qaydalara əsasən data keyfiyyətinin təmin olunması.

Xüsusi tələblər

  • Data Analitikası və ya oxşar sahə üzrə 1-3 il təcrübə;
  • Vizuallaşdırma alətləri üzrə bilik və təcrübə (Tableau / Power BI);
  • Əlaqəli Databaza İdarəetmə Sistemlərində datanın manipulyasiyası bacarığı (SQL);
  • Məlumatların analiz edilməsi üçün proqramlaşdırma bacarığı (Python və müvafiq kitabxanalar);
  • Biznes Proseslər və onların təhlili üzrə anlayış, eləcə də ERP sistemləri ilə bağlı ümumi anlayış;
  • Biznesi anlama və doğru sualların təyin edilməsi;
  • Yüksək ünsiyyət, zamanın doğru idarə edilməsi, və detallara diqqətlilik;
  • Azərbaycan, rus, ingilis dilləri yüksək səviyyədə.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız