Satınalma üzrə mütəxəssis

Bakı

Salmanoğlu LTD
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan katirovka və tenderlərin müəyyən edilməsi;
  • Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Katirovka və Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan katirovka və tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
  • Katirovka və Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
  • Katirovka və tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
  • İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
  • Katirovka və Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Katirovka və Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
  • Katirovka və Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Katirovka və Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
  • Katirovka və Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
  • Şirkətə daxil olan və çıxan sənədlərin qeydiyyata alınması
  • Dövlət qurumlarına göndərilən məktubların yazılması
  • Şirkətə gələn zənglərin və maillərin cavablandırılması
  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət
  • Ofis Nizami m/st yaxınlığında yerləşir.
  • Bazar ertəsi – Cumə: 09:00-dan 18:00-dək , Şənbə qısaldılmış iş günü
  • İstirahət günü: Bazar günləri
  • Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək.

Xüsusi tələblər

  • Satınalma və tender sahəsində iş təcrübəsi üstünlükdür;
  • Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
  • Kompüter biliklərinə sahib olmalı;
  • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
  • Fəal olması və komandada işləmək bacarığı;
  • İşə planlı yanaşması;
  • Yüksək məsuliyyət, diqqətcil olmaq;
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalı;
  • Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
  • Yaş həddi 22-35 yaş arası;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız