Stansiya növbətçisi (Kürdəmir)

Kürdəmir

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Növbə ərzində qatarların qəbulu, göndərilməsi və birbaşa buraxılması, hərəkət heyətinin baş və qəbul göndərmə yolları ilə bütün manevr yerdəyişmələri ilə əlaqədar əməliyyatlara göstərişin verilməsi;Qatarların hərəkət cədvəlinin, manevretmə işinin və stansiya işinin növbə planının yerinə yetirilməsinin təmin edilməsi; Qatarların qəbulu, yola salınması, keçib getməsi və manevr etməsi marşrutlarının hazırlanması; İşarəvermə, mərkəzləşdirmə, avtomatlaşdırma, rabitə və televiziya qurğuları nasaz olduqda qatarların hərəkət qaydasının müəyyən edilməsi və qatarların hərəkəti və manevretmə işi üzrə təlimatla nəzərdə tutulan sənədlərin tərtib edilməsi; İdarəetmə cihazlarının göstəriciləri, yaxud icraçıların məlumatları üzrə əməliyyatların icrasının düzgünlüyünə nəzarətin ediilməsi. Qatarların hərəkət məsələləri üzrə qonşu stansiyalarla, qatar dispetçerləri ilə, stansiya və ona birləşən stansiyalararası yol hüdudlarında lokomotiv və elektrik qatarlarının maşinistləri ilə rabitənin həyata keçirilməsi.
  • ÜnvanKürdəmir şəhəri, Kürdəmir rayonu,Sığırlı kəndi

Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsi Orta ixtisas təhsili
  • Qatarların hərəkətinin stansiyada tənzimləyən müvafiq qaydaları, təlimatlar və qüvvədə olan digər aidiyyəti normativ-hüquqi aktları; Stansiyanın texniki bölgü aktı və işin texnoloji prosesi, işarəvermə, mərkəzləşdirmə, avtobloklaşdırma, rabitə qurğularının iş prinsipləri; Qatarların hərəkət cədvəli, işarəvermə, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatları; Hərəkət qatarlarında yüklərin daşınması, yüklərin boşaldılması üzrə qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları və normaları.
  • Fərdi keyfiyyət göstəriciləri
  • Keyfiyyət yönümlülük
  • Diqqətlilik
  • İntizamlılıq
  • Komputer bilikləri MS Excel-orta
  • MS Word-orta

Telegram kanalımız