Məlumat Bazası Hesabatları üzrə Tərtibatçı

Bakı

FINCA Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Analitik və əməliyyat hesabatları üçün istifadəçi tələblərinin  toplanması, texniki spekifikasiyaların (təfsilatların) hazırlanması
  • İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması
  • Hesabat məlumatlarının reallığının yoxlanılması
  • Qərarvermə prosesini dəstəkləmək üçün tam və mükəmməl hesabat toplusunun yaradılması
  • Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması.
  • Mütəmadi istiqamətləndirmə, problematik məsələlərin həllinə dəstək və istifadəçilərin MİS hesabatları ilə bağlı sual və müraciətlərinə cavab verilməsi
  • Lazım olduqda FINCA Azerbaijan istifadəçilərinin təlimlə təmin olunması (plana və qrafikə müvafiq şəkildə)
  • MİS hesabatlarının nəticələrinin analizi və onların səmərəliliyin artırılması üçün təkliflərin irəli sürülməsi

Xüsusi tələblər

  • İnformasiya Texnologiyaları sahəsində ali təhsil.
  • Müvafiq sahə üzrə ən az 2 il təcrübə.
  • Məlumat bazasının idarə olunması və proqramlaşdırılması üzrə istənilən şəhadətnamə üstünlük sayılı
  • T-SQL,PL-SQL üzrə dərin bilik, mürəkkəb sorğular yazmaq və optimallaşdırmaq bacarığı;
  • SQL Server 2000/2005,Oracle 10 g proqramlaşdırması və idarə olunması üzrə dərin bilik, views, triggers, stored prosedurasının yaradılmasına dair praktik təcrübə;
  • Proqram yazmaq üzrə təcrübə, VB, VBA, Vb.net, C++,C#, Delphi proqramlaşdırma dillərindən heç olmasa birində praktiki təcrübə;
  • Hesabat sistemlərinə dair praktik təcrübə (Excel, Access, Crystal Report, Reporting Services)
  • Şəbəkə, Active Directory, TCP/IP üzrə ümumi biliklər;
  • Maliyyə, mühasibatlıq, bank əməliyyatları və mikromaliyyə üzrə ümumi biliklər;
  • Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazmaq, texniki ingilis dili.

Telegram kanalımız