Sistem inzibatçısı

Bakı

Mərkəzi Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sistemin arxitekturasını təşkil edən server, şəbəkə və digər avadanlıqlara servis xidmətinin göstərilməsi, onların fəaliyyətinin sistem jurnalları əsasında monitorinq edilməsi;
  • Virtualizasiya platformalarının sistemin texniki tələblərinə uyğun şəkildə sazlanmasına və istismarına nəzarətin təmin edilməsi;
  • Kommunikasiya protokollarına nəzarətin təmin edilməsi;
  • Sistemdə informasiya təhlükəsizliyi üzrə tədbirlərin görülməsi, ehtiyat mərkəzlərdə quraşdırılan avadanlıq və standart proqram təminatlarına analoji servis xidmətinin göstərilməsi;
  • Sistemin istismar qaydalarında nəzərdə tutulan reqlament əsasında Oracle Verilənlər Bazasının İdarəetmə Sistemi (VBİS) fəaliyyətinin monitorinq olunması, VBİS-in istismarında yaranan çatışmazlıqlar haqqında icraçı şirkətin servis xidmətinə kritiklik dərəcəsi müəyyənləşdirilməklə müraciətlərin olunması;
  • Serverlərdə fayl sistemlərin yaddaş sahəsindən istifadə etmə vəziyyətinə nəzarət, kritik vəziyyətlərin yaranmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi;
  • Ehtiyat mərkəzlərə keçid prosesi üzrə işlərin təşkilində iştirak etmək;
  • Sistemin və yeni istifadəçilərin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan elektron sertifikatların BSXM və beynəlxalq sertifikasiya mərkəzlərindən əldə edilməsi və sistemdə sazlanmasında iştirak etmək;
  • Sistemin məlumat bazaları və sistem informasiyaları üzrə arxiv işlərinin qəbul edilmiş reqlament əsasında təşkil edilməsində iştirak etmək;
  • Sistemin yeni versiyalarının təqdim olunan müvafiq sənədlərə uyğun olaraq sistemlərdə dəstəklənməsi;
  • Şöbəyə daxil olan müraciətlər əsasında müvafiq araşdırmaların aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi.
  • Test mövzuları Əməliyyat sistemləri
  • İngilis dili
  • Məntiq
  • Riyaziyyat
  • Texniki təminat
  • Ümumi kompüter bilikləri
  • Servis proqram təminatları


              Xüsusi tələblər

              • Kompüter elmləri Ali təhsil
              • Kompüter mühəndisliyi Ali təhsil
              • İnformasiya texnologiyaları Ali təhsil
              • Texniki biliklər mRed Hat Enterprise Linux (RHEL), WINDOWS əməliyyat sistemləri üzrə biliklər Yaxşı səviyyədə
              • Web application server (Tomcat) Yaxşı səviyyədə
              • Veb serverlər (Apache, Nginx və s.) üzrə biliklər Orta səviyyədə
              • Sistemlərin monitorinqi və loqlarının idarə edilməsi (Zabbix, Nagios, Graylog və s.) Yaxşı səviyyədə
              • Load balanserlər (HaProxy, Nginx) Yaxşı səviyyədə
              • Virtualizasiya platformaları Yaxşı səviyyədə
              • Oracle Verilənlər Bazasının İdarəetmə Sistemi (VBİS) Orta səviyyədə
              • TəcrübəmMüvafiq sahə üzrə 2 il
              • Dil bacarığımAzərbaycan dili Əla səviyyədə
              • İngilis dili Orta səviyyədə
              • Rus dili Orta səviyyədə
              • Əlavə bilik və bacarıqlar Davranış kompetensiyaları
              • Analitik düşüncə
              • Ünsiyyətqurma və komandada işləmə

              Müraciət üçün (CV): https://www.cbar.az/hr/f?p=100:106
              Telegram kanalımız