Əməliyyatlar strukturu üzrə baş mütəxəssis

Bakı

AFB Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qarantiyaların açılması, təsdiqi, avizo edilməsi və bankdaxili əməliyyat yığılması;
  • Akkreditivlərin açılması, təsdiqi, avizo edilməsi və transferi, akkreditivlərlə hesablaşmalar üzrə digər əməliyyatların (şərtlərin dəyişdirilməsi, sənədlərin yoxlanılması, ödənişlərin həyata keçirilməsi) aparılması;
  • Kredit əməliyyatları üzrə bankdaxili əməliyyat sistemində müvafiq işlərin yerinə yetirilməsi;
  • Daşınar və daşınmaz əmlakların girova götürülməsi, girovun dəyişdirilməsi və girovdan azad olunması ilə bağlı işlərin icrası;
  • Bütün növ sərəncamlar əsasında hesabların bloklaşdırılması və blokdan açılması, hesablardan silinmələrin aparılması;
  • Sənədli əməliyyatlar üzrə SWIFT sistemi vasitəsilə yazışmaların aparılması.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramları, SWIFT sistemi üzrə biliklər;
  • Nəticəyönümlülük, dəqiqlik, problem həlletmə bacarığı, əməliyyat çevikliyi.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız