Baş məsləhətçi (Aparat, İdxal və ixraca nəzarət şöbəsi, İdxal və ixrac əməliyyatları sektoru)

Bakı

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal-ixrac əməliyyatlarını həyata keçirən hüquqi və fiziki şəxslərin fəaliyyəti üzrə məlumatların toplanması, idxal–ixrac fəaliyyəti ilə məşğul olan və ya onları təmsil edən şəxslər və daşıyıcılar barədə aidiyyəti struktur bölmələri ilə qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsində iştirak etmək;
  • Agentliyin nəzarət dairəsinə aid edilən malların Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə Vahid Siyahısının hazırlanması və mütəmadi olaraq yenilənməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətini regional bölmələr vasitəsilə həyata keçirmək, həmçinin regional bölmələr tərəfindən bu fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək;
  • qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlərin görülməsində iştirak etmək;
  • qanunla nəzərdə tutulmuş hallarda idxal karantin icazəsinin verilməsi ilə bağlı işləri həyata keçirmək;
  • bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələrin və baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalı ilə bağlı rəy layihələrini hazırlamaq;
  • “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qida məhsullarına, baytarlıq və fitosanitar nəzarətində olan yüklərə müvafiq olaraq qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları və onların dublikatlarının verilməsində, həmin sənədlərin yenidən rəsmiləşdirilməsində, qüvvəsinin dayandırılmasında, bərpa və ləğv edilməsində iştirak etmək;
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sertifikatlarının (şəhadətnamələrin), habelə sənədlərin nümunələrinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürmək və bununla əlaqədar məlumatları mütəmadi olaraq yeniləmək;
  • aidiyyəti struktur bölmənin məlumatları əsasında ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Azərbaycan Respublikasının Gömrük Komitəsinə ötürmək;
  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək;
  • fəaliyyət istiqamətləri üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq;
  • Sektorun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində sektor müdirinə təkliflər vermək;
  • sektor müdirinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün formada icra etmək, habelə şöbə müdirinə təqdim edilməli hesabatları düzgün tərtib etmək, aidiyyəti üzrə vaxtında təqdim etmək; 
  • Sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
  • dövlət proqramlarında, strateji yol xəritələrində, strateji planlarda və fəaliyyət planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Agentliyin regional bölmələrində eyni adlı sektorların işinin təşkilini və fəaliyyətlərinin əlaqələndirilməsini aidiyyəti üzrə həyata keçirmək və onlardan müvafiq hesabatları tələb etmək;
  • qanunvericiliyə uyğun olaraq xidməti məlumatları, dövlət və kommersiya sirrini qorumaq;
  • qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Sektor müdiri tərəfindən sektora tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
  • Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
  • Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq; 
  • Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək; 
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • Aylıq vəzifə maaşı 880

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 30 iyun 2022-ci il tarixindən 19 iyul 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, əczaçılıq, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, şərabçılıq, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , dövlət və ictimai münasibətlər, politologiya, kimya, biologiya, kimya mühəndisliyi, tibbi profilaktika, ekologiya, zootexniklik ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
Telegram kanalımız