Baş mühasib

Bakı

Tesoro
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hüquqi və fiziki şəxslərin qeydiyyata alınması
  • Banklarda hesabların açılması üçün şəhadatnamə-dublikatın verilməsi
  • Emas, e-gov.az, e-taxes.gov.az, e.customs.gov.az, gpp.az, isb.az, stat.gov.az və digər portallardan sərbəst istifadə etmək
  • Ilkin sənədlərin hazırlanması və onların 1C(8.2; 8.3) proqramının elektron bazasında işlənməsi
  • Debitor, Kreditor əməliyyatlarının uçotu, ilkin və son qalıqlar, hərəkətlilik və hesabatlar
  • Təhtəlhesab şəxslərlə hesablaşmalar (avans ödəmələrinin uçotu)
  • Elektron qaimələrin yazılması
  • Asan imzayla bağlı müvafiq işlərin görülməsi
  • Rəsmi sənədlərin hazırlanması
  • Bütün növ daxili və xarici alıcı və satıcılarla müqavilələrin bağlanması
  • Mal-material qiymətlilərin alışı, anbara mədaxili,satışı,yerdəyişməsi, silinməsi, inventarizasiyası, anbara nəzarət, kontragentlərlə qarşılıqlı hesablaşmaya nəzarət və s. işlərin görülməsi
  • Təsisçi ilə borc müqavilələrin, qərar və s. hazırlanması
  • Obyekt kodunun alınması və ya ləğv edilməsi üçün müraciət
  • Gündəlik online kargüzarlığın (gələn məktubların) izlənməsi
  • Şəxsi hesab vərəqəsinə nəzarət
  • Onlayn kargüzarlığa daxil olmuş məktubların cavablandırılması
  • Kassa və Bank əməliyyatları
  • İnternet banking vasitəsilə ödəniş tapşırıqlarının tərtibi (yerli və xarici), invoysların hazırlanması
  • Valyuta mübadiləsi hesabına nəzarət
  • Nəzarət-kassa aparatının və POS-terminalın onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması
  • Alış aktları, qiymətlərin razılaşdırılması protokolları, etibarnamə, təhvil-təslim aktları, üzləşmə aktlarının hazırlanması
  • Aylıq hesabatların hazırlanması, ayın bağlanması (mənfəət, zərər)
  • Gömrük işlərinin aparılması,idxal olunan malların maya dəyərinin hesablanması
  • İdxalda ƏDV-nin ödənilməsi və ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi
  • Tenderdə iştirak üçün tələb olunan bütün sənədlərin (borcun olub -olmaması, qarantiyaların, maliyyə, yüklülük, statistika arayışları və s) hazırlanması

Xüsusi tələblər

  • ƏDV-nin əvəzləşdirilməsi
  • ƏDV depozitdən istifadə
  • BTP
  • ƏDV, SV, ÖMV, DSMF, Statistika (əmək,ticarət,invest)hesabatlarının hazırlanması
  • Vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək
  • Büdcə köçürmələrinin həyata keçirilməsi: vergilər, əmək haqqından tutulmalar və s.
  • Əmək haqqı, məzuniyyət (ödənişli və ödənişsiz), son haqq hesab, konpensasiyanın hesablanması
  • AR-nın Əmək Qanunvericiliyinə, Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi
  • İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması
  • Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı
  • Xarici işçiləri işə qəbul etməmişdən öncə MYİ alınması ilə bağlı tələb olunan bütün sənədlərin hazırlanıb miqrasiyaya təqdim olunması
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı
  • Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.)
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi
  • Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi
  • İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.
  • Yeni əmək kitabçalarının verilməsi, doldurulması və qeydiyyatı

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız