Böyük mühəndis (Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • SOCAR-ın, yuxarı təşkilatların və Dövlət nəzarət orqanlarının
  • SƏTƏMM məsələlərinə dair əmrlərinin, qərarlarının, təlimatlarının, göstərişlərinin müəssisələrdə yerinə yetirilməsinə, SOCAR-ın müəssisələrində əmək qanunvericiliyinə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə qayda və standartların tələblərinə riayətolunmasına nəzarət etmək;
  • Şirkətin müəssisələrində görülən işlərin “Neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nin, ISO 45001:2018 - Sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi üzrə idarəetmə standartı, ISO14001:2015- Ətraf mühitin mühafizəsi üzrə idarəetmə standartının, IOGPBeynəlxalq Neft və qaz istehsalçıları birliyinin və digər müvafiq normativ sənədlərinin tələblərinə uyğun aparılmasına nəzarət etmək, müəssisələrdə aparılan yoxlamalar zamanı bu məsələlərə diqqət yetirmək;
  • Müəssisələrdə işçilərin vaxtaşırı tibbi müayinədən keçmələrinə, xüsusi geyim və digər fərdi mühafizə vasitələri ilə təmin olunmalarına, iş yerlərinin attestasiyasının aparılmasına nəzarət etmək, müəssisələrdə aparılan yoxlamalar zamanı bu işlərin vəziyyətini yoxlamaq;
  • Müəssisələrdə işçilərin SƏTƏMM üzrə maarifləndirilmələri, müvafiq qaydada iş yerində öyrədilmələri (təlimatlandırılma və biliklərin yoxlanması) üzrə aparılan işlərə nəzarət etmək, zəruri hallarda metodiki köməkli göstərmək;
  • İş planına uyğun olaraq müəssisələrdə əmək şəraiti vəziyyətini yoxlamaq, SƏTƏMM üzrə nöqsanların aradan qaldırılması, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi barədə təkliflər vermək;
  • Təhlükə potensiallı obyektlərin təhlükəsizlik ekspertizasından keçirilməsinə, sertifikatlaşdırılmasına nəzarət edilməsi, bu istiqamətdə şirkətin strukturuna daxil olan qurumlara köməklik göstərilməsi;
  • Müxtəlif müəssisə və podratçı təşkilatların müraciətləri əsasında radioaktiv maddələrin və pirotexniki siqnal vasitələrinin Respublika
  • Vəzifə öhdəlikləri (funksiyalar) ərazisinə idxal-ixracına direktiv orqanından icazə alınması üçün sənədlərin araşdırılması, müvafiq məktubların, inventarlaşdırma aktlarının, hesabatların hazırlanması;
  • Müəssisələrdə peşə xəstəliklərinin və bədbəxt hadisələrin baş vermə səbəblərinin qarşısının alınmasına dair tədbirlər planının işlənib hazırlanmasına metodiki köməklik göstərmək;
  • SƏTƏMM üzrə qaydaların, standartların, normaların, nümunəvi təlimatların və digər normativ-metodik sənədlərin işlənib hazırlanması, nəzərdən keçirilməsi və yenilənməsi prosesində iştirak etmək, elmitədqiqat institutları tərəfindən bu sahədə hazırlanmış sənəd layihələrinə baxmaq, rəy vermək;
  • Baş ofisə yeni işə qəbul edilən işçilərə sağlamlıq və əməyin təhlükəsizliyi üzrə giriş təlimatı keçmək;
  • SƏTƏMM məsələləri üzrə Departamentə daxil olan ərizələrə, şikayətlərə, təkliflərə baxmaq, onları araşdırmaq və cavab məktubu layihəsini hazırlamaq;
  • SOCAR-ın qurumlarında əmək şəraitinin yaxşılaşdırılması üzrə nomenklatur tədbirlər planının hazırlanmasına metodiki köməklik göstərmək, həmin tədbirlər planlarının yerinə yetirilməsinə nəzarət etmək və onların icra vəziyyəti haqqında illik və yarımillik məlumatları (hesabatları) almaq, baxmaq və ümumiləşdirmək, tədbirlərin icrasına nəzarət etmək;
  • SƏTƏMM üzrə əsas fəaliyyət göstəriciləri barədə müəssisələrdən müvafiq məlumatları almaq, SOCAR üzrə hesabatlar və təqdimatlar hazırlamaq, SƏTƏMM məsələləri ilə bağlı xarici şirkətlərlə yazışmaların aparılması, online görüşlərin təşkilinin təmin edilməsi;
  • Şirkətin SƏTƏMM üzrə əsas fəaliyyət səmərəlilik göstəricilərinin (KPİ) və Dayanıqlılıq inkişafının müəyyən edilməsində və təhlil edilməsində iştirak etmək;
  • SƏTƏMM transformasiya proqramında iştirak etmək;
  • Şirkətdə SƏTƏMM mədəniyyətini davamlı olaraq təkmilləşdirməküçün SƏTƏMM ilə bağlı təlim proqramlarının və səriştə  standartlarının hazırlanmasında iştirak etmək.


Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 5 İl / Müvafiq sahə üzrə Müvafiq sahə üzrə mütəxəssis vəzifələrində iş stajı
  • Sertifikat tələbləri 4 Sertifikat NEBOSH və ya IOSH beynəlxalq sertifikatlarının olması arzuolunandır.
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi”ni, sağlamlıq və əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi,istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə yerli qanunvericilik aktları,normaları, qaydaları və beynəlxalq standartların tələblərini;
  • SƏTƏMM məlumatlarını əlaqəli təhlil etmə, işlənmə və qiymətləndirilməni;
  • Dil bilikləri – İngilis və Rus dillərini (min B2 səviyyə)
  • Ofis proqramlarını (Word, Excel, Power Point, Outlook, Skype, SAP Opentext və s.)

Telegram kanalımız