Layihə meneceri / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kəşfiyyat, tədqiqat və iri kapital tikinti layihələrin planlaşdırılması və icrası üçün səlahiyyətləri çərçivəsində zəruri işlərinin aparılması;
  • Layihələrin səmərəliliyinin təmin olunması üçün səlahiyyətləri çərçivəsində optimizasiya tədbirlərini araşdırılıb hazırlanması, təklif edilməsi və zərurət yarandıqda tətbiqinin həyata keçirilməsi;
  • Layihələr üzrə Fəaliyyət Planının (layihələrin icra statusu hesabatı) hazırlanmasını rəhbərlik etmək və nəzərdə tutulmuş müvafiq işlərin vaxtında görülməsinə nəzarət olunmasını şöbənin səlahiyyətləri çərçivəsində təmin etmək;
  • Layihələrlə bağlı texniki hesabatların təhlilini (müəyyən olunmuş təhlil dərinliyi çərçivəsində) hazırlamaq;
  •  Yeni investisiya layihələri üzrə təhlillər (pre-feasibility, feasibility) aparmaq;
  • Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq şöbə rəhbərliyinə təqdim etmək;
  • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanmasında iştirak etmək;
  • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.
  • İş qrafiki: İş saatları: 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günüdür.

Xüsusi tələblər

  • Tələb olunan bilik, bacarıq və səriştələr:
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
  • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
  • İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
  • PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması arzuolunandır.
  • Minimum 7-10 il müvafiq sahədə iş təcrübəsi.

Telegram kanalımız