Əməliyyat şöbəsi üzrə operator

Bakı

DHL Express Baku
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kuryerlərin günlərini sonlandırdığı zaman, çatdırılmayan bağlamaların qəbulu və çatdırılmama səbəbinin yazılı formada kuryerdən alınması(bağlama üzərinə vurulan çatdırılmama barəsində stiker)
  • Debrief və marşrut vərəqəsi üzərindən marşruta vurulan bütün bağlamaların və gömrük sənədlərinin çatdırılıb çatdırlmamasının yoxlanması
  • Yoxlamanı sonlandırıb bütün suallara aydınlıq gətirdikdən sonra marşrut vərəqəsinə imza atılması və sayt üzərindən kuryerin “DEBRIEF” edilməsi
  • Sayt üzərindən sorğuların işlənməsi-hər hansısa səbəbdən çatdırılmayan və çatdırılmamalı olan bağlamaların sorğu üzərindən işlənməsi
  • Hər hansısa məlumat çatışmamazlıqından, məlumat yanlışlığı və yaxud çatdırlma zamanı alıcının bağlama üzərində qeyd olunan ünvanda yerləşməməsi səbəbindən çatdırılmayan bağlamaların alıcıları ilə zəng və yaxud e-mail üzərindən əlaqə saxlanılması, və məlumatların dəqiqləşdirilməsi
  • Call Center tərəfindən hər hansısa çatdırılma barəsində məlumatların incələnməsi
  • Hər-hansısa bir səbəbdən çatdırılmayan yüklərin “Held İnventory Area”-ya yerləşdirilməsi
  • Hər hansısa bir səbədən çatdırılması mümkün olmayan və “Held İnventory Area”-ya yerləşdirilən bağlamaların gündəlik olaraq sistem üzərindən məlumatlarının yenilənməsi və incələnməsi
  • Məlumatları dəqiqləşdirilən bağlamaların kuryerlərə ötürülməsi
  • Manifest üzərində gələn bağlamaların çeşidlənməsi
  • Həftənin 5 günü
  • İş vaxtı 09:00-dan-18:00-dək
  • Şənbə günü, saat 10:00-dan-15:00-dək
  • Nahar 13:00-dan 14:00-dək
  • Qeyd: Əmək haqqı müsahibə zamanı bildiriləcək (18:00 kimi əlaqə saxlaya bilərsiz)

Xüsusi tələblər

  • Ali təhsil (21-30 yaş, Kişi cinsi)
  • Upper-Intermediate səviyyəsindən aşağı olmayan İngilis və intermediate səviyyəsində Rus dillərinin biliyi
  • MS Office proqramları ilə işləmək bacarığı

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız