Maliyyə hesabatları üzrə baş maliyyəçi

Bakı

Azərbaycan İnvestisiya Holdinqi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Aylıq, rüblük, yarımillik və illik fərdi və konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması;
  • Kənar auditorlar, dövlət orqanları və digər üçüncü tərəflərlə davamlı və effektiv kommunikasiyanın təmin olunması;
  • Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
  • Rüblük və illik əsasda büdcənin icrasına nəzarət, faktiki xərclər ilə büdcə arasında yaranmış fərqlərin təhlilinin aparılması;
  • Mühasibat uçotu siyasətinə davamlı baxılması, yenilənməsi, bütün AİH-in idarəetməsinə verilmiş dövlət müəssisələrinə tətbiqi imkanlarının qiymətləndirilməsi;
  • Rəhbərlik üçün nəzərdə tutulmuş hesabatların hazırlanması və müxtəlif maliyyə təhlillərinin aparılması;
  • Maliyyə və Vergi Hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına və yerli qanunvericiliyə uyğun olaraq hazırlanması;
  • Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
  • Azərbaycan İnvestisiya Holdinqinin maliyyə hesabatlılığı üzrə standartların hazırlanması və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsində iştirak;
  • Hesabat üçün nəzərdə tutulan məlumatın toplanılması, tamlığının yoxlanılması, təhlillərin aparılması və sistemləşdirilməsinin həyata keçirilməsində iştirak;
  • Maliyyə göstəricilərinin daxili sistemə inteqrasiyası prosesində iştirak;
  • Şöbədaxili prosedurların tərtib olunmasında, təqdimatların hazırlanmasında yaxından iştirak;
  • İşgüzar danışıqların aparılması və daxil olan məktubların cavablandırılması.

Xüsusi tələblər

  • Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və s. əlaqəli sahələr);
  • Audit, büdcələmə, maliyyə hesabatı sahəsində ən azı 3 il iş təcrübəsi (böyük dördlük (Big4) şirkətlərində və ya digər qabaqcıl şirkətlərdə iş təcrübəsi arzuolunandır);
  • Mikro və makroiqtisadiyyat üzrə biliklər;
  • Maliyyə modelləri ilə işləmək bacarığı;
  • Maliyyə sahəsi üzrə sertifikasiyaların olması (ACCA “Financial Accounting” və “Financial Reporting”) mütləqdir, digər sertifikasiyaların (CIMA, CFA və s.) olması üstünlükdür;
  • MS Office proqramlarında (MS Excel, Power BI, Power Point) mükəmməl işləmək bacarığı, digər proqramlarda (1C, SAP və s.) istifadəçi təcrübəsinə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Analitik bacarıqlar;
  • Sürətli öyrənmə qabiliyyəti;
  • Təşəbbüskarlıq, yüksək səviyyədə ünsiyyət və münasibət qurmaq bacarıqları;
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız