Alətçi çilingər

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yararsız hala düşmüş detal və işlək hissələrə texniki baxışın keçirilməsi
  • Təmir işlərinin aparılması üçün lazımi alətlərin seçilməsi
  • Təmir işlərinin aparılması üçün ehtiyyac olan alətlərin düzəldilməsi
  • Sahənin balansında olan avadanlıqlara texniki xidmətin göstərilməsi
  • Avadanlıqların üst səthlərinin təmizlənməsi, yuyulma işlərin aparılması, detallar, yivlər və yastıqlar yağlanır, birləşmə hissələri sıxılaraq bərkidilir
  • Avadanlıqlarda titrəyişin aşkar edilməsi və aradan qaldırılması, artıq yüklənmənin yoxlanması, mühafizə aparatlarının tənzimlənməsi, vint, flənsin kipliyinin yoxlanması
  • Detalların yuyulması, hava ilə üfürülməsi, sancaq və boltların mexaniki təmizlənməsi, yağlanması
  • Avadanlıqlarının istismara buraxılması
  • Layihəyə uyğun olaraq verilmiş eskiz əsasında avadanlıqların hissələri və
  • onların detallarının hazırlanması
  • Vəzifə öhdəlikləri (funksiyalar) Hazırlanmış və ya bərpa edilmiş ehtiyyat hissələrinin təmir keyfiyyətinin yoxlanılması
  • Avadanlıq, mexanizm və alətlərin qəbulunda müvafiq qaydada iştirak etmək.
  • İşə başlamazdan əvvəl, texniki təhlükəsizlik işlərinin yerinə yetirilməsi;
  • Xammalın yerləşdirilməsi üçün istehsalat sahəsi ərazisinin hazırlanması işinin yerinə yetirilməsi;
  • Texniki baxış üçün tələb olunan alətlərin növü və sayının müəyyənləşdirilməsi;
  • Xarici baxış zamanı zədələnmiş və sınmış yerlərin aşkar edilməsi, qüsurların qeyd edilməsi;
  • Mexaniki təmizləmə işlərinin yerinə yetirilməsi (passların təmizlənməsi, yağların və məhlulun yuyulması);
  • Korroziyanın uğrama faizinin vizual ölçülməsi, detalların aşınma dərəcəsinin müəyyən edilməsi;
  • Avadanlığın sökülməsində iştirak edərək köməklik etmək;
  • Detalların təmizlənərək yuyulmasını həyata keçirmək.
  • Xammalın, ehtiyyat hissələrin, alətlərin, əşyaların anbara qəbulu, mühafizəsi və anbardan buraxılmasının təmin olunması.
  • Xammalın, ehtiyyat hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi və mühafizəsi;
  • Qəbul olunmuş maddi sərvətlərin müşayətedici sənədlərə uyğunluğunun yoxlanılması;
  • Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya yükqaldırıcı mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması;
  • Materialın və alətlərin sıradan çıxması və itkilərin qarşısını almaq məqsədilə keyfiyyətli mühafizəsinin təmin olunması;
  • Anbarda qorunub saxlanılan alətlərin hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması;
  • Sifarişlərə əsasən materialların dəstlərə komplektləşdirilməsi;
  • İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
  • Diğər fəaliyyətlər Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirmək
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələrin müəyyənləşdirilməsi, qabaqlayıcı tədbirlərinin görülməsi
  • Nümunəvi avadanlıq, stend və alətlərin daim işçi vəziyyətdə və lazımi yerdə saxlamaq, həmçinin çilingər otaqlarının sanitar- gigiyena normalarına uyğun saxlanmasına riayət etmək
  • İşin səmərəli təşkili üçün müvafiq rəhbərliyə mütamadi olaraq məlumat vermək
  • Sahə ərazisinin abadlaşdırılmasında, metal tullantıların toplanmasında və təhvil verilməsində iştrak etmək
  • Ətraf mühitə zərərli təsirinin aradan qaldırılması istiqamətində üzərinə düşən vəzifələri icra etmək, iş yerini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10 ) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq
  • Ərazidə yerləşən ilkin yanğından mühafizə vasitələrinin sazlığına, həmçinin qum qutularında qum səviyyələrinin lazımi normada olmasına nəzarət etmək
  • Xidmət sahəsinin sərəncamında olan vəsaitlərin, vasitələrin və xidməti binalarında rəngləmə işlərinin aparılması
  • Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək
  • Növbəti il üçün sahənin təmir qrafikinin tərtib edilməsi üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək
  • Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi

Xüsusi tələblər

  • Tam orta təhsil
  • Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
  • Dürüstlük
  • Etik davranış
  • Keyfiyyət yönümlülük
  • Məsuliyyət
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Texnoloji avadanlıq-qurğulara qulluq
  • Təchizatın idarə edilməsi
  • Tikinti-quraşdırma işləri
  • Təmir və tikinti işləri
  • Sökmə və quraşdırma işləri
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Fəaliyyəti tənz. daxili normativ sənəd.
  • Mexaniki avadanlıq-qurğulara qulluq

Telegram kanalımız