Proqramlaşdırma şöbəsi \ Mühəndis-proqramçı (Frontend)

Bakı

Mərkəzi Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın təsviri

  • Mərkəzi Bankda həyata keçirilən layihələrin texniki sənədlərinin hazırlanmasında iştirak edir;
  • Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin yaradılması layihələri üzrə proqram təminatlarının tətbiqi prosesində iştirak edir və onların gələcəkdə etibarlı və fasiləsiz istismar olunmasını təşkil edir;
  • Hazırlanmış proqram təminatının test rejimində yoxlanılmasını təşkil edir;
  • Cavabdeh olduğu informasiya sisteminin mövcud təlimatlara və istismar qaydalarına uyğun olaraq etibarlı və davamlı fəaliyyətini təmin edir;
  • İnformasiya sistemlərinin fasiləsiz fəaliyətinin həyata keçirilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzində işi təşkil edir;
  • Cavabdeh olduğu informasiya sisteminin ehtiyat surətlərinin idarə edilməsində (backup/restore) iştirak edir;
  • İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
  • Başqasının yazdığı kodu oxuma və onun üzərində dəyişiklərin edilməsini həyata keçirir;
  • Kod keyfiyyətinin təmin edilməsi üçün tədbirlər həyata keçirir;

Xüsusi tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya sistemləri, Kompüter elmləri, Avtomatlaşdırılmış sistemlər və Riyaziyyat sahəsi)
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
  • Azərbaycan dili Yüksək səviyyədə
  • İngilis dili Orta səviyyədə
  • Rus dili Orta səviyyədə
  • JavaScript framework (Bootstrap) və CSS preprocessing (Sass, Less və s.) üzrə biliklər;
  • JavaScript (jQuery, Angular, React, Vue və s.) proqramlaşdırma dili üzrə bilikləri;
  • Məlumat bazaları (Oracle, SQL Server və s.) üzrə ümumi biliklərə üstünlük verilir.
  • Node.js üzrə biliklər;
  • Servis proqram təminatları (REST, SOAP) vasitəsilə informasiya mübadiləsinin təmin edilməsi üzrə biliklər;
  • Versiyaların kontrolu (Git və s.) üzrə biliklər;
  • Web dizayn bilikləri (HTML5, CSS3 və s.);
  • Komandada işləmə
  • Texniki məsələləri gündəlik danışıq dilində izah etmək
  • Ünsiyyətqurma bacarığı

Müraciət üçün (CV): https://www.cbar.az/hr/f?p=100:106
Telegram kanalımız