Financial risk senior/leading specialist

Bakı

AccessBank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kredit risklərinin təhlili, icrası və hesabatının aparılması;
  • Kredit riski sisteminin və siyasətlərinin inkişafı və təkmilləşdirilməsi;
  • Kredit portfelinin fəaliyyəti üzrə Əsas Risk Göstəricilərinin müəyyən edilməsi;
  • Üst rəhbərlik üçün gündəlik, aylıq və rüblük portfel təhlilinin hazırlanması;
  • Bankın yeni məhsulları/limitləri və xidmətlərinin kredit risklərinə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi;
  • Reytinq və qiymətləndirmə modellərinin qurulmasında və tətbiqində iştirak;
  • Portfellər üzrə stress ssenarilərini müəyyən etmək və kapital ehtiyatlarının bölüşdürülməsində stress test nəticələrinin necə tətbiq edilməsinə dair təkliflərin verilməsi;
  • Vaxtaşırı makroiqtisadi təhlillərin aparılması.

Xüsusi tələblər

  • Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Kredit və/və ya bazar riskləri, modelləşdirmə, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə təcrübə;
  • Kredit vermə prosesini başa düşmək (xüsusilə pərakəndə və mikro seqmentlərdə);
  • Analitik bacarıqlar və məntiqi nəticələr əldə etmək üçün verilənlər bazasını şərh etmək bacarığı;
  • Müxtəlif məqsədlər üçün təhlil hazırlamaq və təqdim etmək bacarığı;
  • Reytinq və qiymətləndirmə modeli üzrə biliklərin olması üstünlükdür;
  • Python və ya R dillərində proqramlaşdırma bacarığı üstünlükdür;
  • Azərbaycan və ingilis dillərini bilmək.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız