Qatarların, vaqonların, yüklərin gəlməsi barədə məlumatların qəbul edilməsi və ötürülməsi;
Daşıma sənədlərinin qəbul edilməsi, qatarda olan vaqonların çəkilərini, uzunluqlarını hesablamaqla qatar heyyətinin müəyən edilməsi;
Natura vərəqələrinin tərtib edilməsi, qatarların tərtibatının və göndərilməsinin planlaşdırılması;
Qatarların, vaqonların, yüklərin kodlaşdırılmasının aparılması, bu barədə və digər məlumatların yükalıcılarına çatdırılması;
İşçi parkında olan vaqonların nömrələrinin, boşdayanmalarının, müşayət olunan qiymətli yüklərin, sənədsiz vaqonların, nasaz vaqonların, xüsusi yüklərlə yüklənmiş vaqonların, bir dəmir yolundan başqa dəmir yoluna ötürülən vaqonların hesabatının aparılması.
Ünvan Ucar rayonu, Ucar stansiyası
Xüsusi tələblər
Minimum təhsil dərəcəsi Orta təhsil
Natura vərəqinin tərtib olunması və vaqonların kodlaşdırılması qaydaları,
Teletaypda işləmək və informasiya maketlərinin tərtib edilməsi və ötürülməsi qaydaları;
Blankların doldurulması və qatar sənədləşdirilməsi qaydaları;
Hesablama və yazma maşınlarından, teletayp aparatlarından, daşınan və daşınmaz radiostansiyalardan istifadə etmə qaydaları;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydaları.