Gözətçi (Abşeron MQKS)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin etmək
  • Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə xəbər verir və izin qorunmasını təmin etmək
  • Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürənlərin və polis şöbəsinin növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi üçün tədbirlər görmək
  • Nəqliyyatın təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət.
  • Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurumaq, darvazanı açıb bağlamaq.
  • Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil vermək . 
  • Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlamaq.
  • Xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək
  • İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək
  • Təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək
  • Sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək
  • İş yerinin təmiz saxlanmsına cavabdehlik daşımaq
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək. 

Xüsusi tələblər

  • Tam orta təhsil
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Detallara diqqət
  • Bilməlidir İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını,
  • Ətraf mühitin qorunması qayda və normalarını,
  • Mülki müdafiə haqqında qaydalarını.
  • Məxfi rejim qaydalarını.
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədləri. 

Telegram kanalımız