Layihə Cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gəncləri, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri “AFB Bank”-da dəyərləndirmək, potensiallı gənclərin komandamıza qatılmasına nail olmaq məqsədi daşıyır.
Layihə çərçivəsində 3 ay müddətində təcrübəçilər Bankın fərqli, əsasən də müştəri xidməti strukturlarında təcrübə keçəcək, təcrübə müddətini uğurla başa vuran gənclərin hər birinə Bank tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə təqdim ediləcəkdir.
Qeyd edək ki, Təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.
Xüsusi tələblər
Ali təhsil;
MS Office proqramları ilə işləmək bacarığı;
Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;
Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma.