Uçuşların Təhlükəsizliyi İdarəsinin Aerportlar üzrə inspeksiya şöbəsinin uçuşların təhlükəsizliyi üzrə mühəndis-inspektor (“Qəbələ” BHL)

Qəbələ

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hava limanı xidmətlərinin,aviaşirkət,müəssisə və təşkilatların uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində istehsalat fəaliyyətinə nəzarət etmək;
  • Hava gəmilərinə xidmət göstərilərkən lazım olan bütün texniki avadanlığın düzgün quraşdırılmasına,yanğınsöndürən avadanlığın mövcud olmasına və dayanacaq yerlərinin təmizliyinə və işə hazır vəziyyətdə olmasına nəzarət etmək;
  • Hava gəmilərinin sanitariya vəziyyətini və müəyyən edilmiş sənədlərin mövcud olmasını yoxlamaq;
  • Xidmətlərdə uçuşların təhlükəsizliyi sahəsində əmr, göstəriş və digər sənədlərin öyrənilməsini təşkil etmək;
  • Yeni dəyişikliklər haqqında şöbə rəisinə və ya onun müavininə vaxtında xəbər vermək;
  • Hava gəmilərinə xüsusi avtonəqliyyatla təhlükəsiz xidmət göstərilməsinin təşklinə nəzarət etmək.
  • Qəbələ şəhərində yaşayanlara üstünlük verilir.
  • İş rejimi: Bazar ertəsi – Cümə, 09:00-18:00,
  • Şənbə və bazar qeyri-iş günüdür.
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq.

Xüsusi tələblər

  • Təhsili/ixtisası: Ali və ya orta ixtisas aviasya təhsili;
  • Dil bilikləri: Azərbaycan dili - əla; İngilis dili-yaxşı;
  • Kompüter bilikləri: Word- yaxşı ,Excel- yaxşı,Outlook- yaxşı;
  • İş təcrübəsi: Minimum 5 il.
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  •  İşə planlı yanaşma;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Öz üzərində daima çalışmaq.
  • Rus dili biliyi arzuolunandır.

Telegram kanalımız