Dövlət qurumları ilə görüşlər təşkil etmək və layihələrlə bağlı təqdimatlar keçirmək;
Güclü rəqəmsal ekosistemin qurulmasına kömək etmək üçün tərəfdaşlar və həmkarlar arasında əməkdaşlığı, bilik mübadiləsini və rəqəmsal təcrübələri paylaşmaq;
Proseslərin və xidmətlərin rəqəmsallaşdırılması məqsədilə tərəfdaşlarla işləyərək rəqəmsal strategiyanın qurulması prosesinə dəstək vermək;
Mürəkkəb layihələr üzrə strateji idarəetməni təmin etmək;
Layihədə marağı olan tərəflərlə işləmək və səmərəli kommunikasiyanı təmin etmək;
Layihələrin həcmini və məqsədlərini, eləcə də məqsədlərə çatmaq üçün resurs ehtiyacını müəyyən etmək;
Layihənin büdcə və əsas keyfiyyət göstəricilərini müəyyən etmək;
Vaxt qrafikini izləməklə layihələrə davamlı olaraq nəzarət etmək, mərhələlərin gedişatını və keyfiyyətini qiymətləndirmək və zəruri hallarda risklərin azaldılması üzrə təkliflər vermək;
Qarşılıqlı asılılıqları idarə etmək və vaxt cədvəllərinə uyğunlaşdırmaq üçün digər layihə qrupları ilə əlaqəni/koordinasiyanı həyata keçirmək;
Layihənin risklərini müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər planı hazırlamaq;
Layihəni izləmək və layihəyə nəzarəti həyata keçirmək;
Layihənin mərhələlərinin icrasını dəstəkləmək üçün müvafiq sənədləri hazırlamaq;
Layihələrlə bağlı hesabatlar, arayışlar və məlumatları hazırlamaq;
Xüsusi tələblər
Güclü kommunikasiya qabiliyyəti arzuolunandır;
Ali təhsil (Layihə idarəetməsi, İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatlar arzuolunandır;
Dövlət qurumları ilə iş təcrübəsinin olması arzuolunandır;
Rəqəmsal/IT layihələrin idarə edilməsi sahəsi üzrə ən az 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - əla, ingilis və ya rus dili – yaxşı
Microsoft Office proqramlarını (Excel, Word, Visio, PowerPoint, MS Project) yaxşı səviyyədə bilmək;