İnsan Resursları üzrə Mütəxəssis

Unimac
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
  • İşçinin işə qəbulu, işdən çıxarılması, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən istifadəsi və ezamiyyətə getməsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
  • Əmək məzuniyyətinin növbəlilik cədvəlinin tərtibi və icrası ilə bağlı tələblərə əməl olunması;
  • E-Gov və ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;
  • Yeni vakansiyalar üzrə işçi axtarışının (elan yerləşdirilməsi, daxil olan CV-lərin analizi əsasında müsahibə mərhələsi üçün tələblərə uyğun gələn namizədlərin siyahısının hazırlanması və sair) təmin olunması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
  • Başlanğıc əmək haqqı 800 AZN; 
  • Əmək haqqının işçinin perfomansına uyğun olaraq artırılması nəzərdə tutulur;
  • Sınaq müddəti 1 aydır.

Xüsusi tələblər

  • Ali iqtisadi təhsil;
  • Tələb olunan sahə üzrə 1-3 il iş təcrübəsinin olması; 
  • AR Əmək Məcəlləsini bilmək;
  • Kollektivdə işləmək bacarığı;
  • Problemi həll etmək və təşkilatçılıq bacarığı;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Müəssisəyə tez uyğunlaşma;
  • Səliqəlilik, operativlik və çalışqanlıq.
  • İnsan resursları sahəsində müvafiq iş  təcrübəsi olanlara, rus və ingilis dilini bilən qadın namizədlərə  üstünlük veriləcək

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız