Aparıcı Vergi Mühasibi

Bakı

Sinteks Group of Companies
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bu vəzifənin rolu müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, bununla bağlı edilən əməliyyatların yoxlanılmasını, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilib baş mühasibə verilməsini həyata keçirməkdir. 
  • İlkin sənədlərin əsasında müxabirləşmələrin vergi proqram təminatına düzgün daxil edilməsini yoxlayır
  • Aylıq, rüblük və illik vergi hesabatlarının vaxtında hazırlanıb baş mühasibə təqdim edir
  • Rüblük MDSS hesabatının vaxtında və düzgün tərtib edib baş mühasibə təqdim edir
  • Aylıq, rüblük və illik statistika hesabatlarının vaxtında və düzgün tərtib edir
  • Vergi, MDSS və digər dövlət orqanları ilə yazışmalar aparır, məktublara cavablanıb hazırlayır və baş mühasibin təsdiqindən sonra göndərir  
  • İkiqat vergitutmanın aradan qaldırlması ilə bağlı DTA 01, 02, 03, 04, 05 ilə bağlı Vergilər Nazirliyinə müraciət edir və müracitələrin statusunu izləyir DTA ilə bağlı sənəd yazışma tələb olunan bütün məlumatları araşdırır  və izləyir, bu işə ümumi nəzarət edir.
  • Xəstəlik vərəqələrini və sosial müavinətləri göndərir
  • Alış aktı tələb edən vöen olmayan vətəndaşlara e taxes gov az saytı ilə e qaimə bölməsinə daxil olaraq akt hissəsindən onlayn alış aktı hazırlayır.
  • Debitor borclara nəzarət edir və debitorlardan daxil olan məlumatları hesabatda düzgün əks etdirir.
  • Kassa aparatlarının qeydiyyatı, obyektlərin qeydiyyatının uçota alınması, xitam verilməsi, bərpa edilməsi və s prosedurların icra edir, vergi orqanları ilə yazışmaları aparır
  • 1C ERP 8.2 proqramına daxil olan vergilərlə bağlı əməliyyatları yoxlayır.

Xüsusi tələblər

  • İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində Ali təhsil
  • Təcrübə:  Maliyyə və  Mühasibatlıq sahəsində 3 ildən çox iş təcrübəsi
  • Qeyd olunmuş vəzifədə ən azı 1 il iş təcrübəsi
  • Professional biliklər: Vergi Məcəlləsi
  • Əmək Məcəlləsi
  • Beynəlxalq Vergi Qanunvericiliyi
  • Mühasibat proqramını bilmək
  • İngilis dili yaxşı səviyyədə
  • MS Office Proqramları  
  • Professional bacarıq və kompetensiyalar: İş bölgüsü
  • Zamanın idarəolunması
  • Analitik düşüncə
  • Detallara diqqət
  • Ünsiyyət bacarığı
  • Məsuliyyət

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız