“AZALOİL” YSM İdarəsi Lənkəran YSM doldurma şöbəsinin yanacaq-sürtkü materiallarına nəzarət və keyfiyyət üzrə texniki

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yanacaq-sürtkü materiallarına və xüsusi mayelərin keyfiyyətinə aerdrom şəraitdə nəzarəti yerinə yetirmək;
  • Süzgəclərdə təzyiq fərqinə nəzarət etmək;
  • Çöküntünü yoxlamaq və onların vaxtlı-vaxtında dəyişilməsini təşkil etmək və həyata keçirmək:
  • Keyfiyyətə nəzarət sənədlərini düzgün rəsmiləşdirmək;
  • Yanacaq-sürtkü materialları anbar avadanlıqlarına texniki xidmət göstərmək və onları istismar etmək;
  • Çənlərdə,yanacaqdolduranlardan,yanacaqdaşıyandan,yanacaq doldurma stansiyasından,taralardan və s. yanacaq-sürtkü materiallarının və xüsusi mayelərin problarının götürülməsini həyata keçirmək;
  • Yanacaq-sürtkü materiallarının qəbulunu,buraxılmasını və uçotunu yerinə yetirmək
  • Lənkəran şəhərində yaşayanlara üstünlük verilir;
  • Kimyəvi sınaq laboratoriyalarında iş təcrübəsi olanlara üstünlük verilir.
  • İş rejimi: Bazar ertəsi – Cümə, 09:00-18:00 və ya 2 növbəli:
  • I növbə: 08:00-20:00
  • II növbə: 20:00-08:00
  • 2 iş günündən sonra 2 istirahət günü.
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq.

Xüsusi tələblər

  • Təhsili/ixtisası: Peşə ilə bağlı ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili - əla ;
  • Kompüter bilikləri: Word- yaxşı ; Excel- yaxşı,Outlook-yaxşı.
  • İşə planlı yanaşma;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Öz üzərində daima çalışmaq;
  • Ünsiyyət qurmaq bacarığı.
  • Rus dili və İngilis dili  biliyi arzuolunandır;

Telegram kanalımız