Baş mühasib

Bakı

Ecosu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Bütün maliyyə-təsərrüfat əməliyyatları hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir;
  • İlkin uçot sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Şirkətə gələn mal alış sənədlərinin yoxlanılıb mühasibat uçotu proqramına daxil olunmasına nəzarət edir;
  • Aylıq, rüblük, illik vergi və statistik hesabatların dövlət orqanlarına təqdim edilməsi;
  • 1 C bazalarında işlənən əməliyyatların yoxlanılması;
  • Rəhbərliyə hesabatların təqdim edilməsi.

Xüsusi tələblər

  • Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi
  • Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi , BTP proqramı üzərindən mənfəət vergisi,ƏDV, Gəlir vergisi ,ÖMV,Sadələşdirilmiş vergi Torpaq-əmlak vergisi və s bəyannamələrin tam şəkildə tərtib etmək
  • Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı) , Kapitalın hərəkəti hesabatının tərtib etmə və analiz edə bilmə
  • 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
  • Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
  • Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat)
  • Baş mühasib vəzifəsində ən azı 2 (iki) illik iş təcrübəsi.
  • İT biliklər: ERP, BTP, 1C/8.3 proqramını, Word və Excel yüksək səviyyədə bilməli;
  • Elektron portallarda işləmək bacarığının olması (e-taxes.gov.az, e-gov.az, e-customs.gov.az);
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək;
  • Mühasibat uçotu haqqında qanunvericiliyi;
  • Mülki hüquq, maliyyə, vergi və ticarət qanunvericiliyini;
  • Müəssisədə mühasibat uçotunun təşkili üçün qaydalar, təlimatlar və onların aparılması qaydaları;
  • Əməliyyatların qeydiyyatı qaydası və mühasibat sahələrində sənəd dövriyyəsinin təşkili;
  • Maliyyə hesablaşmaları üçün forma və prosedurlar;
  • Vəsait, inventar və digər qiymətli əşyaların qəbulu, poçtu, saxlanması və xərclənməsi qaydası;
  • Əmlak və öhdəliklərin inventarizasiyası qaydaları;
  • Mühasibat, vergi, statistik hesabat tərtib etmə qaydası və şərtləri;
  • İnsan resusrları haqqında məlumat

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız