İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis / Daxili nəzarət şöbəsi

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İSO 270001 üzrə informasiya təhlükəsizliyinin idarə edilməsi çərçivəsinin və İT risklərinin idarə edilməsi proqramı bazasının işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət.
  • Rislərin qiymətləndirilməsi və idarə edilməsi proseslərinin təkminləşdirilməsi.
  • Bütün texnologiya layihələri, sistem və xidmətlər üzrə siyasət və standartların ardıcıl tətbiqini təmin etmək.
  • Kibertəhlükəsizlik siyasəti və prosedurlarının bütün işçilərə çatdırılması və tələblərin yerinə yetirilməsini təmin etmək.
  • Fəlakətin bərpası və işin davamlılığı planlarının yerində olmasını və sınaqdan keçirilməsini təmin etmək.
  • Nəticələrin təhlili daxil olmaqla kibertəhlükəsizlik pozuntuları ilə bağlı insidentlərin idarə edilməsini həyata keçirmək.
  • Müntəzəm təhlükəsizlik auditlərini həyata keçirmək.
  • İnsidentlər zamanı texniki dəstək göstərmək.
  • İdentifikasiya və girişin idarə edilməsinə nəzarət etmək.
  • Komanda üzvlərinə müvafiq təlimlər keçirmək və məsləhət vermək.
  • Kibertəhlükəsizlik riski və proqram yeniləmələri haqqında rəhbərliyə hesabat vermək.
  • Layihə və ya əməliyyat xidmətlərinin bir hissəsi olaraqmüştərilərə İnformasiya Təhlükəsizliyi üzrə məsləhət xidmətləri göstərmək.
  • GDPR uyğunluğu və təhlükəsizlik üzrə ən yaxşı təcrübələri paylaşmaqla kömək etmək.
  • Qlobal miqyasda mövcud texniki mühiti nəzərdən keçirmək, dəyişikliklər təklif etmək, İT Təhlükəsizliyini təkmilləşdirmək üçün dəyişiklikləri idarə etmək.
  • Yeni təhlükəsizlik imkanlarını və çağırışlarını müəyyən etmək və risklərin aradan qaldırılması üçün tədbirlərn görmək.
  • Rəhbərlik tərəfindən digər vəzifələr təyin oluna bilər.
  • İş qrafiki: İş saatları: 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günüdür.

Xüsusi tələblər

  • HP, IMB, VMWare, Microsoft, Linux və s. kimi təchizatçılar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq İT-nin bütün aspektləri üzrə mükəmməl bilik.
  • Həm yerli, həm də bulud infrastrukturu üzrə mükəmməl bilik.
  • Yaxşı ünsiyyət bacarıqları, məntiqi düşünmək bacarığı, problem həll etmə bacarığı,təşkilatçılıq bacarıqları, iş yükünü prioritetləşdirmək və vaxtı idarə etmə bacarığı.
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
  • CISSP, CISA və CompTIA Security sertifikatları arzuolunandır.
  • Kompüter Elmləri, İnformasiya Sistemləri ixtisasları üzrə ali təhsil.
  • Risklərin idarə edilməsi informasiya təhlükəsizliyi və İT işlərinin kombinasiyası üzrə ən azı 3 il iş təcrübəsi.

Telegram kanalımız