Aktivlərin idarə olunması departamentinin Mütəxəssisi və Aparıcı mütəxəssisi

Bakı

Azərbaycan İnvestisiya Holdinqi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş maliyyə institutlarının (bundan sonra – portfel şirkətləri) korporativ idarəetmə orqanlarının fəaliyyətinə dəstək üçün müzakirə mövzusu olan məsələlərlə bağlı təhlillərin aparılması, hesabatlar və tövsiyələrin hazırlanmasına dəstək göstərmək;
  • Portfel şirkətlərinin qarşısında qoyulan hədəflərin icrasına nəzarət prosesinə dəstək göstərmək;
  • Portfel şirkətləri tərəfindən hazırlanmış büdcələr, idarəetmə hesabatları, maliyyə modelləri, eləcə də digər maliyyə və əməliyyat məlumatlarının təhlili, onlar əsasında hesabatların və təqdimatların hazırlanmasında iştirak;
  • Digər müxtəlif növ təqdimatların hazırlanmasında iştirak;
  • İşgüzar yazışmaların aparılmasında və daxil olan məktubların cavablandırılmasında iştirak

Xüsusi tələblər

  • Ali təhsil (korporativ maliyyə/maliyyə, biznesin idarə edilməsi, iqtisadiyyat və riyaziyyat istiqamətləri üzrə);
  • Bank və ya sığorta sahəsi üzrə büdcə, hesabatlılıq, xəzinədarlıq, risklərin idarə edilməsi və ya anderraytinq funksiyaları nəzdində ən azı 1 il (Mütəxəssis) və 2 il (Aparıcı mütəxəssis) iş təcrübəsi;
  • Maliyyə modelləri ilə işləmək bacarığı;
  • CFA və ACCA üzrə sertifikasiyalar (müxtəlif səviyyələr üzrə);
  • MS PowerPoint və MS Excel proqramlarında səlis işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Ünsiyyət, yazı, münasibət qurmaq bacarıqları və təşəbbüskarlıq;
  • Analitik bacarıqlar və sürətli öyrənmə qabiliyyəti.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız