Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndis

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası barədə marifləndirmə işlərinin təmin edilməsi. 
  • "Neft sənayesində təhlükəsizlik qaydaları"-na əsasən ekspedisiyada və sahələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik təlimatlandırmalarının aparılmasının təmin edilməsi və nəzarətdə saxlanılması: 
  • Təsdiq edilmiş təlimat proqramı və yeni işə qəbul olunmuş, vəzifə dəyişikliyi etmiş işçilərin sərbəst işə buraxılmasından əvvəl ilkin təlimatlandırılmanın aparılmasına nəzarət edilməsi; 
  • Keçirilmiş ilkin təlimatın "İşçilərə iş yerində keçirilən təlimatların qeydiyyat" jurnalında yazılması; 
  • Rüblük olaraq işçilərin vaxtaşırı təlimatlandırılmasının aparılmasına nəzarət edilməsi; 
  • Keçirilmiş vaxtaşırı təlimatın "İşçilərə iş yerində keçirilən təlimatların qeydiyyat" jurnalında yazılmasına nəzarət edilməsi; 
  • Yeni texnika və texnologiyanın tətbiqi ilə və ya rəhbərliyin əmrləri əsasında işçilərin növbədənkənar təlimatlandırılmasının aparılmasına nəzarət edilməsi; 
  • İstehsalat zərurəti ilə əlaqədar olaraq işçilərin birdəfəlik (müvəqqəti xarakterli işlərin icrası zamanı) təlimatlandırılmasının aparılmasına nəzarət edilməsi; 
  • Gündəlik olaraq görüləcək iş prosesində risklərin qiymətləndirilməsi və onların qarşısının alınması barədə işçilərin məlumatlandırılmasına nəzarət edilməsi; 
  • İşçilərə yanğın təliminin, yanğın zamanı davranış qaydalarının və "Döyüş heyəti cədvəli"-nə uyğun olaraq müvafiq vəzifə bölgüsü barədə məlumatların tədris edilməsində iştirak etməsi; 
  • «İşdən öncə təlimatlandırma vərəqi» ilə təmin edilməsi. 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərin artırılması tədbirlərinim hazırlanması və həyata keçirilməsinin təmin edilməsi: 
  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimlərə cəlb edilməsi ilə bağlı təkliflərin hazırlanması; 
  • Əməyin mühаfizəsi və təhlükəsizilik texnikası üzrə təlim məşqlərin həyata keçirilməsinin təşkil edilməsi; 
  • İşçilərə təhlükəsiz iş üsullаrının vахtındа və kеyfiyyətli öyrədilməsinə nəzarət edilməsi; 
  • Həyəcan siqnalları üzrə təlim məşqlərin həyata keçirilməsinə nəzarət edilməsi; 
  • Ümumi həyəcan siqnalı və ona uyğun davranış qaydaları ilə bağlı işçilərə təlimin keçirilməsində iştirak etməsi; 
  • Yanğın həyəcan siqnalı və onlara uyğun davranış qaydaları ilə bağlı təlimin keçirilməsi; 
  • 4.Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə İşçilərin (fəhlələrin) biliyinin yoxlanılmasının təşkil edilməsi və nəzarət edilməsi: 
  • İlkin biliklərin yoxlanılması məlumatları və ötən dövrün işçilərin (fəhlələrin) vaxtaşırı biliklərinin yoxlanılması qrafikinə əsasən, növbəti dövr üçün işçilərin (fəhlələrin) biliklərinin yoxlanılması qrafikinin hazırlanmasına nəzarət etməsi. 
  • "Fəhlələrin biliklərinin yoxlanılması komissiyası"-nın üzvlərinə və imtahana cəlb ediləcək işçilərə (fəhlələrə), biliklərin yoxlanılması ilə bağlı məlumatın verilməsi. 
  • İmtahan proqramının, biletlərinin hazırlanmasında iştirak edilməsi və imtahan üçün təqdim edilməsi. 
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə imtahan nəticələrinin təhlil edilməsinə nəzarət edilməsi. 
  • İmtahandan qeyri-məqbul qiymət almış işçilərin yenidən hazırlaşma müddəti barədə məlumatın verilməsi. 
  • Biliklərin yoxlanılması jurnalında müvafiq qeydlərin edilməsi və imzaların təmin edilməsinə nəzarət edilməsi. 
  • Biliklərin yoxlanılması vəsiqəsində imtahandan müvəffəqiyyətlə keçmiş işçinin imtahan nəticələri ilə bağlı qeydlərin edilməsi və komissiya rəhbərinin imzasının təmin edilməsi. 
  • İşçilərin biliklərin yoxlanılması vəsiqəsi ilə təmin edilməsinə nəzarət edilməsi, imtahan nəticələrinin qeydiyyatı jurnalının və imtahan biletlərinin müvafiq qaydada saxlanılmasının təmin edilməsi. 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edilməsi. 
  • İstehsalat risklərinin qiymətləndirilməsi və önləyici tədbirlərin görülməsi üçün təkliflərin verilməsi. 
  • Xüsusi təhlükəli işlərin icrasına başlamadan əvvəl bütün baş verə biləcək risklərin müəyyən edilməsi. 
  • Kateqoriya üzrə fərdi mühafizə vasitələrinin istifadəsinə dair risklərin qiymətləndirilməsinə nəzarətin edilməsi. 
  • OHSAS 18001 Əməyin mühafizəsi idarəetmə sisteminin beynəlxalq standartlarının tələblərinə əsasən risklərin qiymətləndirilməsinin aparılmasına nəzarət edilməsi. 
  • Qiymətləndirmə nəticələrinin və önləyici tədbirlər barədə məlumatların «Risk Qiymətləndirmə Cədvəli»-ndə qeyd edilməsinə nəzarət edilməsi. 
  • Risk önləyici tədbirlər barədə işçi heyətin təlimatlandırılmasına nəzarət edilməsi. 
  • Əmək təhlükəsizliyini təmin edilməsi məqsədilə daim monitorinqlərin aparılması və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflərin verilməsi. 
  • Avadanlıq və mexanizmlərin sınağının təşkilində iştirak edilməsi və nəzarət etmək. 
  • .Yanğın söndürmə balonlarının yoxlanılması və nəzarəti. 
  • Yanğınsöndürmə balonlarının vəziyyətinə vizual baxışın keçirilməsi, təzyiqinin tələb olunan səviyyəyə uyğunluğunun yoxlanılmasına nəzarət etmək. 
  • Yanğınsöndürmə balonlarının vəziyyəti barədə «İlkin yanğınsöndürmə balonlarının yoxlanılması» jurnalında qeydlərin edilməsi və imzaların təmin edilməsi və nəzarəti. 
  • İşə yararsız və sıradan çıxmış yanğınsöndürmə balonlarının əvəzlənməsi və ya doldurulması üçün bölüm rəhbərliyinə məlumat verilməsi. 
  • «İlkin yanğınsöndürmə balonlarının yoxlanılması» jurnalının müvafiq qaydada saxlanılmasının təmin edilməsinə nəzarət edilməsi. 
  • Sınaq işləri zamanı təhlükəsizlik tədbirləri barədə işçi heyətin təlimatlandırılmasına nəzarət edilməsi. 
  • .Yükqaldırıcı tərtibatlara vaxtaşırı zahiri baxışın keçirilməsinə nəzarət edilməsi. 
  • Ekspedisiyanın təsərrüfat fəaliyyətinin ətraf mühitə zərərli təsirinin qarşısını almağa nəzarət etdilməsi. 
  • Az tullantılı və tullantısız yeni texnika və qabaqcıl texnologiyanın tətbiqinə nəzarət edilməsi. 
  • Əməyin mühafizəsinə 3 pilləli nəzarət sisteminin I pillənin vaxtında və keyfiyyətli aparılmasına nəzarət edilməsi və II pillənin aparılmasında iştirak edilməsi. 
  • İstehsalatda işçilərin sağlamlığının mühafizəsinin təşkilinə nəzarət edilməsi. 
  • Peşə xəstəlikləri və istehsalat zədələnmələrinin azaldılması üçün tədbirlərin görülməsi. 
  • Peşə xəstəliklərinin yaranmasına səbəb olan amillərin müəyyən edilməsi işində iştirak edilməsi. 
  • Peşə xəstəliklərinə səbəb olan amillərin təsirinin minimuma endirilməsi istiqamətində təkliflər hazırlanmasında iştirak etməsi. 
  • İstehsalat zədələnmələrinin baş vermə səbəblərinin araşdırılmasında iştirak etməsi. 
  • İstehsalatda baş verən zədələnmələrin qarşısının alınması üçün təkliflərin hazırlanmasnda iştirak etməsi. 
  • İşçilərin həyat və sağlamlığına təhlükə yarada bilən fəaliyyətlərin müəyyən edilməsi və qarşısının alınmasında iştirak etməsi. 
  • İşçilərin dövrü tibbi müayinədə iştirakının təşkil edilməsi və nəzarəti. 
  • Dövrü tibbi müayinə cədvəlinə əsasən tibbi müayinəyə gedəcək işçilərin siyahısının müəyyən edilməsinə nəzarət etmək. 
  • İşçilərin iş vaxtı, daimi yaşayış yerləri nəzərə alınmaqla tibbi müayinəyə getmə vaxtının müəyyən edilməsi və işçilərə bu barədə məlumatların verilməsi və nəzarəti. 
  • İş yerlərinin attestasiyası nəticəsində obyеktlərin sаnitаr-tехniki vəziyyətləri üzrə pаspоrtlаşdırılmаsındа iştirak etmək. 
  • İstehsalat sahələrində işçilərin əmək şəraitinin və təhlükəsizlik tenikasının yoxlanılması və nəzarəti. 
  • Gündəlik iş planına uyğun olaraq istehsalat sahəsində gündəlik yoxlamaların aparılmasını həyata keçirmək. 
  • Əməyin mühafizəsinə dair əmr və göstərişlərin, əmək şəraitinin  yaxşılaşdırılması üzrə tədbirlər planının, dövlət nəzarət orqanlarının sərəncamlarının, bədbəxt hadisələrin qarşısının alınmasına aid tələb və təkliflərin yerinə yetirilməsinə nəzarət etmək. 
  • İstehsalat proseslərinin, dəzgahların, mexanizmlərin, qurğuların təhlükəsiz istismarına və işlərin düzgün təşkilinə nəzarət etmək. 
  • İstehsalat sahəsində baş verə biləcək qəzaların qarşısının alınması üzrə planların olmasına və bu planlara uyğun işçilərə hərəkətetmə qaydalarının öyrədilməsinə nəzarət etmək. 
  • Yüksəklikdə işləmək üçün meydançaların, nərdivanların, qoruyucu vasitələrin olmasına və sazlığına nəzarət etmək. 
  • Aşkar edilən nöqsanların yoxlama zamanı yerində aradan qaldırılmasına nəzarət etmək. 
  • Dəstələrdə əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalında qeydiyyatın aparılmasına nəzarət etmək. 
  • Ekspedisiya rəisinə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması, qeydiyyat kitabında qeyd edilməsi, təsdiq edilib ekspedisiya rəisinə və ya rəis müavininə göndərilməsi. 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə çatışmazlıqların aradan qaldırılmasının yerinə yetirilməsinə nəzarət etmək. 
  • Ekspedisiyada təlimatların keçirilməsinə, biliklərin yoxlanmasına və bunların jurnalda qeyd olunmasına nəzarət edilməsi. 
  • İş yerləri attestasiyasının keçirilməsində, xəritə və protokolun hazırlanmasında iştirak etmək. 
  • Zərərli iş amillərinə görə müvafiq ödənişlərin verilməsini daima nəzarətdə saxlamaq. 
  • Əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, sаnitаriyа-gigiyеnа şərаitin təmin edilməsi tədbirlərinin planlanması, həyata keçirilməsi və nəzarət edilməsi. 
  • Əmək məcəlləsinə, təhlükəsizlik nоrmа və qаydаlаrınа , stаndаrtlаrа və əməyin mühаfizəsi üzrə digər nоrmаtiv sənədlərə riаyət оlunmаsınа nəzarət etmək. 
  • SOCAR-ın, GGİ-nin, Həmkаrlаr İttifаqı Kоmitəsinin, Dövlət nəzаrət оrqаnlаrının əməyin mühаfizəsinə dаir əmr və sərəncаmlаrının yеrinə yеtirilməsinə nəzаrət еtmək. 
  • Ekspedisiya rəhbbərliyi, ekspedisiyanın ictimai müfəttişləri, HİK-si ilə vахtаşırı istehsalat sahəsində və dəstələrdə əmək şərаitinin vəziyyətini yохlаnmasına nəzarət və iştirak etmək. 
  • Müvаfiq istehsalat sahəsində və quyularda istеhsаlаt prоsеsləri və işlərin düzgün təşkili və təhlükəsiz аpаrılmаsınа nəzarət etmək. 
  • İstеhsаlаt аvаdаnlıqlаrının, binа və tikililərin, sаnitаriyа-məişət оtаqlаrının, qurğulаrın tехniki sаzlığınа və düzgün istismаrınа nəzarət etmək. 
  • Ekspedisiyanın əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə nоrmаtiv sənədlər, qаydаlаr, təlimаtlаr, plаkаtlаr və digər vəsаitlərlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi. 
  • Təbii ehtiyyatlardan səmərəli istifadə olunmasına nəzarət etmək. 
  • Ətraf mühitin çirklənməsinin qarşısını alan yeni texnika və texnologiyanın sınaq tətbiqində iştirak etmək. 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi. 
  • Rəhbərliyin tapşrıq və göstərişlərini yerinə yetirmək. 
  • Sənədlərin müvafiq qaydada saxlanılmasını təmin etmək: 
  • Vəzifə və peşə təlimatlarının müvafiq qaydada saxlanılması. 
  • Əmr və sərəncamların müvafiq qaydada saxlanılması. 
  • İmtahan biletlərinin müvafiq qaydada saxlanılması. 
  • Əməyin mühafizəsi və TT üzrə təlimat və proqramlar toplusunun müvafiq qaydada saxlanılması. 
  • Əmək şəraiti vəziyyətinin yoxlanılması qeydiyyatı jurnallarında qeydlərin aparılması (1,2,3 pillələr). 
  • Əməyin mühafizəsi qaydalarını pozma hallarının sayı və qarşısı alınan əməyin mühafizəsi qaydalarının pozulma hallarının sayının qeydiyyatı jurnallarında qeydlərin aparılması. 
  • Ekspedisiya işçilərinin maarifləndirici bukletlər və plakatlar ilə təmin edilməsi. 
  • Ekspedisiyanın əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair hesabatının hazırlanması və rəhbərliyə təqdim edilməsi. 
  • GGİ tərəfindən daxil olmuş əmrə əsasən növbədənkənar təlimat və bilik yoxlamasını təmin etmək. 
  • GGİ tərəfindən daxil olmuş əmrlərə əsasən daxili əmrin hazırlanması, dəstələrə paylanması və icrasına nəzarət üçün protokolların yığılması. 
  • İş növlərinin təlimatına uyğun olaraq "Aylıq Təlim Məşq" qrafiklərinin hazırlanması, təsdiqlənməsi və dəstələrə göndərilməsi. 
  • Qəzа və yаnğınlаrın ləğvi plаnı üzrə hərəkət qаydаlаrının öyrədilməsinə nəzаrət etmək. 
  • Qüvvədə olan təlimatların yenidən işlənməsini təşkil edilməsi. 
  • İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində, əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək. 
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi, saxlanması, sınanması və düzgün istifadə olunmasına nəzarət etmək. 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi 

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 
  • 1 il iş təcrübəsi.
  • Microsoft Excel
  • Microsoft Word
  • Microsoft Outlook
  • OpenText
  • Əməyin mühafizəsi
  • Əməyin sağlamlığı
  • Əməyin təhlükəsizliyi
  • Əmək şərаitinin normallaşdırılması
  • Sanitariya-gigiyena
  • Ətraf mühitin qorunması
  • Ətraf mühitin idarə edilməsi sistemi
  • Əməyin sağlam. və təhlükəsizliyi sistemi
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Neft sən. əm. müh. vah. idarəet. sistemi
  • Əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktları, metodik materialları; 
  • Ekspedisiyanın əsas istehsalat prosesini, ekspedisiyada tətbiq edilən avadanlığın istismar xüsusiyyətlərini; 
  • Azərbaycan Neft sənayesində əməyin mühafizəsinin idarə etməyin vahid sistemini; 
  • Neft və qazçıxarma sənayesində təhlükəsizlik qaydalarını; 
  • Əməyin mühafizəsi üzrə standartlar sistemini; 
  • İşin ağırlıq kateqoriyasından asılı olaraq işçilərə psixofizioloji tələbləri, qadınların, yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqinə qoyulan məhdudiyyətləri; 
  • Əməyin mühafizəsi üzrə qabaqcıl yerli və xarici təcrübəni; 
  • Əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsi hesabatların tərtib olunma qaydasını və müddətini; 
  • Mümkün olan zədəalma hallarının tədqiqi qaydasını, müddətlərini və belə hallarda zədəalmanın tədqiqi aktlarını, istehsalatda zədəalma haqqında hesabatların tərtib edilməsini

Telegram kanalımız